Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda rus əsgəri bıçaqlandı

Ermənistanda rus əsgəri bıçaqlandı

Date: 13 October 2016 23:09

Ermənistanda rus əsgəri bıçaqlanıb. Lent.az-ın  Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisə Gümrü şəhərində qeydə alınıb.

 

24 yaşlı adı açıqlanmayan hərbçiyə şəhərin Şirakatsi küçəsi ilə Maramaraşen şosesinin kəsişməsində xəsarət yetirilib. Onun naməlum şəxslərlə mübahisə etdiyi və bıçaqlandığı qeyd olunur.

 

Yaralı hərbçinin xəstəxanaya çatdırıldığı bildirilir.

 

Erməni mətbuatı onun xidmət etdiyi hərbi hissədə bıçaqlandığını yazır.

 

Xatırladaq ki, 2015-ci ilin 12 yanvar tarixində Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının müddətli hərbçisi Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib. Bundan sonra o, Türkiyə sərhədini keçmək istəyib.

 

Gümrü şəhər məhkəməsi Valeri Permyakovun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.  


Tags:  Ermənistanda rus əsgəri bıçaqlandı


RƏYLƏR


Top news