Maradona yoldaşlıq oyununda Veronla münaqişə edib – VİDEO

Maradona yoldaşlıq oyununda Veronla münaqişə edib – VİDEO
23:12 13 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Katoliklərin ruhani lideri Papa Fransiskin istəyi ilə İtaliyanın paytaxtı Romada keçirilən yoldaşlıq oyununda insident yaşanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, münaqişə əfsanəvi argentinalı futbolçu Dieqo Maradona və həmyerlisi Sebastian Veron arasında yaşanıb.

Oyunun ilk hissəsi başa çatandan sonra Maradona Verona tərəf gedərək əsəbi şəkildə danışmağa başlayıb. İki sabiq futbolçunun əsəbi olduğunu görən mühafizə xidmətinin əməkdaşları Maradonanı sakitləşdirməyə çalışıb və onu paltardəyişmə otağına aparıb. 80 dəqiqə davam edən matçın ardından tərəflər münaqişə ilə bağlı danışmaq istəməyiblər.

"La Gazzetta dello Sport" Maradonanın Verona ispanca təhqiredici ifadələr söylədiyini iddia edib. Argentinalı jurnalistlər isə Maradonanın Veronu bu oyunda görmək istəmədiyini bildirib.

Qeyd edək ki, bu Maradonanın yoldaşlıq görüşlərində yaşadığı ilk insident deyil. O, 2 il əvvəl Roma Papasının təşkil etdiyi oyunda həmyerlisi Mauro İkardi ilə mübahisə edib. Bundan başqa Kolumbiyada təşkil olunan daha bir oyunda onu çəkən operatorlara sərt reaksiya verib və mühafizə xidmətinin əməkdaşını təpikləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR