Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Körpə qızı internetdə satmaq istədilər

Körpə qızı internetdə satmaq istədilər

Date: 13 October 2016 23:17

Almaniyada südəmər çağanın eBay onlayn-hərracında 5 min avroya satışa çıxarılması ilə bağlı istintaq başlanıb.

Milli.Az The Local-a istinadən bildirir ki, satışla bağlı elanda uşağın fotosu və qısa "arayış" vardı: "Onun adı Mariyadır, 40 günlükdür. Satılır, qiyməti 5 min avro".

eBay hərracının rəhbərliyi çoxsaylı şikayətlərdən sonra elanı silib. Elan 30 dəqiqə onlayn vəziyyətdə olub.

eBay-ın açıqlamasında deyilir: "Bunun zarafat olub-olmamasından asılı olmayaraq elanı yerləşdirənin əməlinə görə məsuliyyət daşımasını istəyirik".

Polisin apardığı araşdırma zamanı bəlli olub ki, uşağın valideynləri Almaniyanın qərbindəki Duysburq şəhərində məskunlaşmış miqrantlardır.

İstintaq başa çatanadək uşaq valideynlərindən alınıb və uşaq sığınacağına verilib.

Milli.Az


Tags:  Körpə qızı internetdə satmaq istədilər

RƏYLƏR


Top news