Böyrəyin qan dövranı necə olmalıdır?

Böyrəyin qan dövranı necə olmalıdır?
23:22 13 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir. Beləliklə böyük qan təhcizatı başqa üzvlərin qan təhcizatından xeyli intensivdir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, böyrək arteriyası qanın aortasından ayrılır, nisbətən böyük damar olub diametri 9 mm-ə bərabər olur. Böyrək qapısından girəndən sonra o bir-neçə pay kapilyarlara, sonra isə payarası karilyarlara bölnünür. Bu damarlar proksimal və distal kanalcıqların ətrafında tor kimi hörülərək onları qidalandırır və həmçinin sidik əmələgətirmə prosesində iştirak edir. Beləliklə paycıqlararası arteriyalar iki dəfə kapilyarlara bölünmüş olurlar.
Kanalcıqətrafı arterial kapilyarlar tor vena kapilyarlarına keçir. Onlar da birləşərək böyrəyin fibroz kapsulasının altında yerləşən ulduzvarı venaları əmələ gətirir. Bu venalardan paycıqarası vena başlanğıc götürür və qövs venalarına, ordan da payarası venalara tökülür.
Böyrəklərdə 2 qan dövranı mövcuddur:
1. Böyük-qabıq qan dövranı.
2. Kiçik yukstamedulyar.
Qabıq və yukstamedulyar nefronlar arasında əhəmiyyətli fərq var.
Qabıq nefronlarının yumaqcıqları qabıq maddədə yerləşir və böyrəyin beyin maddəsinə yukstameduluar nefronda olduğu kimi çox dərinə getmir.
Yukstamedulyar nefronların yumaqcığı qabıq maddədə yerləşməsinə baxmayaraq, beyin maddə ilə sərhəddə yaxın olur. Bu yumaqcıqlarda kortikal nefronlardan fərqli olaraq, gətirici və çıxarıcı arteriya damarlarının diametri eyni olur. Çıxarıcı arteriya yumaqcıqdan çıxandan sonra kapilyarlara bölünmür. Ammapiramidlərin zirvəsinə döğru gedərək məməciyə çatana qədər bir-neçə düz damarlar əmələ gətirir, sonra ilgək əmlə gətirərək geri dönür. Venoz və arterial damarlar, gətirici və çıxarıcı damarlar arasında çoxlu anastamoz vardır.
Fizioloji halda böyrək qan dövranın 85-90%-i böyük qabıq dövranla, amma bəzi potoloji vəziyyətlərdə qanın əsas hissəsi kiçik və ya qısa dövranla hərəkət edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR