ABŞ Yəmənə yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib

ABŞ Yəmənə yeni zərbələr endirməyə hazır olduğunu bəyan edib
23:32 13 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ raket hücumları baş verərsə Yəmənə yeni zərbələr endirməyə hazırdır. “Report”un məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi Erik Şults jurnalistlərə bildirb.
Pentaqon daha əvvəl bildirmişdi ki, Amerika hərbi hava qüvvələri husilərin Qırmızı dəniz sahillərində nəzarət etdiyi ərazilərdə yerləşən radarlara zərbə endiriblər. ABŞ tərəfi bildirib ki, həmin radarlar onlara məxsus “Mason” və digər gəmilərin vurulması üçün istifadə olunmuşdu.
“Bizim zərbələrin məqsədi gələcəkdə ABŞ-ın gəmilərinə qarşı ola biləcək təhlükənin qarşısını almaqdır. Biz ehtiyyac olarsa istənilən raket zərbəsinə cavab verilməsinə hazırıq”, - Şults bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-yemene-yeni-zerbeler-endirmeye-hazir-oldugunu-beyan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR