Bu gün Nobel alan şair türk kökənli çıxdı - VİDEO

Bu gün Nobel alan şair türk kökənli çıxdı - VİDEO
23:32 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Cənnətin qapılarını döymək" ("Knocking on heavens door") mahnısı ilə əfsanəyə çevrilən amerikalı yazıçı və musiqiçi Bob Dilan bu gün Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
 
Milli.Az axar.az-a istinadən Azərbaycanda o qədər də tanınmayan Bob Dilanla bağlı məlumatları təqdim edir.
 
Robert Allen Simurden və ya səhnə adı ilə Bob Dilan: 24 may 1941-ci ildə ABŞ-ın Minnesota ştatının Dulut şəhərində anadan olub. Eyni ştatın Hibbinq əyalətində boya-başa çatıb.
 
Babası Ziqman Simurden və nənəsi Anna Simurden 1905-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərindən Rusiya imperiyasının Odessa şəhərinə köçüb.
 
Anasının atası Benjamin Eledsteyn və ana nənəsi Libba Edelsteyn Litva əsilli yəhudilərdir. Onlar 1902-ci ildə ABŞ-a köç edib.
 
Dilan 2004-cü ildə "Xronikles: Volum Van" adlı xatirələrində ata anasının kağızmanlı (Kağızman - Qarsda yer adı) olduğunu, evlənməmişdən əvvəl soyadının "Kirgiz" (qırğız-türk) olduğunu, nənə valideynlərinin nəslinin İstanbuldan gəldiyini yazır.
 
10 Qremmi mükafatına sahibi olan Dilan hələ 18 yaşında təhsil aldığı universitetdən qovulub.
 
1971-ci ildə yazdığı "Tarantula", 1972-ci ildə "Yazılar və rəsmlər", 1994-cü ildə "Boş kağız", 2003-cü ildə "Bob Dilanın qəti musiqi kitabı",  2004-cü ildə "Xronikles: Volum Van", 2004-cü ildə "1962-2001 mahnı sözləri", 2005-ci ildə "Bob Dilanin kəsik kitabı - 1956-1966"  kitabları daha çox rokçuluqla şöhrət qazanan Dilanın ədəbiyyat sahəsində də bir o qədər istedadlı olduğunu sübuta yetirdi.
 
Dilanın "Küləkdə uçuşanlar", "Zamanlar, onlar dəyişir" mahnıları üçün yazdığı sözlər ABŞ-da insan hüquqları və antimilitarizm hərəkatlarının himninə çevrilib.
 
Bob Dilan Ədəbiyyat üzrə Nobel mükafatını "Amerikanın musiqi ənənələrində poetik obrazlar yaratdığına görə" alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR