Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kürdəmirli bərbərin qeyri-adi istedadı - video + fotolar

Kürdəmirli bərbərin qeyri-adi istedadı - video + fotolar

Date: 13 October 2016 23:36

Kürdəmir rayon sakini Arzu Səlimov kibrit çöplərindən və tullantılardan müxtəlif maketlər hazırlayır.

Axşam.az ARB TV-yə istinadən xəbər verir ki, o, birinci əl işini 2 aya yaxın müddətdə 80 kibrit qutusundan hazırlayıb.

4 ay ərzində 200 kibrit qutusundan hazırladığı məscid maketi isə onun 2-ci və ən böyük əl işidir. Arzu Səlimov bildirib ki, bu işlə 2 ilə yaxındır məşğul olur:

“Stəkan-nəlbəki maketinə 20 paçka işlədib, 2 günə bitirmişəm. Su butulkalarından düzəltdiyim kül qabıları, kassa qabı, qum saatı var. Dondurma çubuğundan helikopter düzəltmişəm”.

Əsl sənəti bərbərlik olan Arzu deyir ki, maket hazırlamaqla əsasən boş vaxtlarında məşğul olur. Böyük zəhmətlə ərsəyə gətirdiyi əl işlərini bərbərxanada nümunə kimi saxlayır.

A.Səlimov bildirir ki, bəzi insanlar hazırladığı maketləri almaq üçün ona pul da təklif ediblər. Lakin o, bu vaxtadək zəhmətinin məhsulu olan əl işlərini satmaq barədə düşünməyib, amma bəzi maketləri yaxınlarına hədiyyə edib:

“İndiyə qədər kibrit çöpündən 10-a yaxın ev düzəltmişəm. Onlardan pay verdiklərim də olub. Kalçuk qabından düzəltdiklərimi arada dost, tanış, qohumlara gördüklərimə vermişəm. Evdə qalan bunlardır”.

Arzu Səlimov gələcəkdə daha böyük ölçülü maketlər hazırlamağı və onları sərgiləməyi planlaşdırır.
















Tags:  Kürdəmirli bərbərin qeyri-adi istedadı video fotolar

RƏYLƏR


Top news