Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Rusiyanın NATO ölkəsinə hücumuna sərt cavab veriləcək” - Ştaynmayer

“Rusiyanın NATO ölkəsinə hücumuna sərt cavab veriləcək” - Ştaynmayer

Date: 13 October 2016 23:37

"Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.
 
Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.
 
"Mən bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq", - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.

Milli.Az


Tags:  Rusiyanın NATO ölkəsinə hücumuna sərt cavab veriləcək Ştaynmayer


RƏYLƏR


Top news