Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı Rima: “Erotik çəkilişlərdən həzz alıram” - FOTO

Azərbaycanlı Rima: “Erotik çəkilişlərdən həzz alıram” - FOTO

Date: 13 October 2016 23:47

Milli.Az missiya.az-a istinadən bildirir ki, "Dom 2" layihəsinin məşhur azərbaycanlı iştirakçısı, hazırda Ukraynada böyük bədən geyimlərinin nümayişi ilə məşğul olan model Rima Pənciyeva ilə müsahibəni təqdim edir:

- Əvvəlcə istərdik özünüz haqda bir qədər məlumat verəsiniz...

- Mən 1983-cü il oktyabrın 8-də Kiyevdə dünyaya gəlmişəm. Su Nəqliyyatı Akademiyasını qırmızı diplomla bitirmişəm. İxtisasım aşpazdır. Amma bu ixtisas üzrə təhsil almağım xüsusi bir maraqdan irəli gəlmirdi. Heç vaxt artıq hesab olunmayacaq bir peşədir və sırf ailə həyatı üçün idi. Uzun müddət öz ixtisasım üzrə işləmişəm və bu sahədə böyük təcrübəm var. Lakin sonradan macəralara meylləndim və beləcə gəlib çıxdım televiziyaya.

- Ailəniz haqqında məlumatları da bölüşə bilərsinizmi?

- Ailədə dörd nəfər olmuşuq. Atam Muxtar, anam Mariya, mən və bacım Rita. Orta statistik bir ailə. Atamla anam həmişə zəhmətkeş olublar. Deyə bilmərəm ki, zəngin yaşamışıq. Lakin valideynlərimiz çalışırdılar ki, biz heç nədən korluq çəkməyək. Onlar ən ağır situasiyalardan da çıxmağı bacarırdılar.

- Səhv etmiriksə, sizin atanız azərbaycanlıdır...

- Bəli. Atam azərbaycanlıdır və çox yaraşıqlı bir kişidir. O, gənclik illərində bura gəlib və həyatını da burada qurub.

- Siz əvvəllər TNT kanalında çalışırdınız. İndi də əlaqələriniz qalırmı?

- Xeyr. Bilmirəm buna görə təəssüf hissi keçirim, ya xoşbəxlikdənmi deyim, hər halda telekanaldakı işimdən ayrılmışam. Ola bilərdi ki, hələ də orada olum. Lakin qarşıma çıxmış bir nəfər mənim bütün planlarımı alt-üst etdi...

- Sonra model kimi işə başlamaq qərarına gəldiz. Sizdə bu sahəyə maraq haradandır?

- Hələ məktəb illərindən bu sahəyə çox böyük marağım var idi. Arzulayırdım ki, böyüyəndə model olum. Zənnimcə, bütün qızların yeniyetmə çağlarında belə bir arzusu yaranır. 11-ci sinifdə oxuyanda bizim məktəbə tanınmış bir moda agentliyinin nümayəndələri gəldi. Məqsədləri yeni simalar seçmək idi. Seçim prosesi çox uzun çəkdi və nəticədə məktəbimizdən yalnız iki nəfəri seçdilər. Onlardan biri də mən idim. Təəssüf ki, anam model məktəbinə keçməyə icazə vermədi. Beləcə, birinci şansımı qaçırdım. Yeri gəlmişkən, model standartlarına çatmaq üçün boyumu uzatmalı idim. Buna görə də basketbol məşqlərinə gedəsi oldum. Bir müddətdən sonra istədiyim nəticə əldə olundu - 179 sm.

- İndi harada çalışırsınız?

- Böyük bir ticarət brendini təmsil edirəm. Şirkətin siması və bir qədər dolu bədənli qızların təmsilçisiyəm. Yəni model "plus size".

- Bəs, gələcəkdə çəkinizi salmaq istəyirsiniz? Məsələn M, L kimi ölçülərə qədər düşmək ağlınızdan keçirmi?

- Mən tez-tez müxtəlif ticarət nişanlarını təqdim edirəm. Təqdim etdiyim ölçülər tədricən dövrün tələbatına çevrilir. Yəni indi dolu bədənli xanımların zamanıdır. Gələcəkdə çəkimi salacam, ya yox, bunu Allah bilər. Hələlik belə bir planım yoxdur. Hazırkı görkəmimdə özümü çox rahat hiss edirəm. Özümü çox sevirəm (Gülür). Canım suludur, şuxam, cazibəliyəm və bu mənim çox xoşuma gəlir. Özü də təkcə mənim yox...

- Xarici şirkətlərdən də təkliflər alırsınızmı? Ola bilərmi ki, gələcəkdə Avropa ölklərinin birində çalışasınız?

- Təkliflər olmuşdu. Lakin Avropadan deyil, Amerikadan. Mən ora getməyə ürək eləmədim. Çox uzaqdır. İndi artıq başqa cür düşünürəm. Qəti qərara almışam ki, real və perspektivli təkliflər olarsa, hətta dünyanın qurtardığı yer haradısa, ora da gedərəm.

- Siz kompleksiz xanımsız. Görünür, elə buna görədir ki, alt paltarlarının nümayişindən də çəkinmirsiz...

- Bəli, hər hansı kompleksim yoxdur. Hərçənd bilirəm ki, burada ideal heç nə yoxdur. Mən sadəcə dolu bədənli xanımlarda əminlik yaratdım ki, uğur qazanmaq üçün bədən ölçüləri vacib deyil. Belə bir qızıl qayda var: Sən özünə necə münasibət bəsləyirsənsə, başqaları da sənə o cür münasibət göstərəcək. Kompleksləri qadınlar özləri yaradırlar. Hər kəsin öz gözəlliyi var. Sadəcə, bu gözəlliyi təqdim etməyi bacarmaq lazımdır. Alt paltarlarına gəldikdə isə, mən bu çəkilişləri çox sevirəm. Ümumiyyətlə, erotik çəkilişlərdən həzz alıram. Bu, mənim stilimdir. Arzum budur ki, gələcəkdə "Pleyboy", "Maxim", "XXL" və sairə kimi jurnallara çəkilim.

- Bəs nə vaxtsa kamera qarşısına tamamilə çılpaq çıxa bilərsiniz?

- Heç vaxt. Tamamilə çılpaq çəkilmək mənlik deyil. Uzağı bədənin intim yerlərinin görünməməsi şərtilə çəkilərəm. Düzdür, mən çox açıq adamam. Lakin hesab edirəm ki, bədənin müəyyən hissələrinin örtülməsi daha gözəl və daha seksualdır. Belədə kişilər üçün maraqlı olan tapmaca yaranır...

- Məşhur modellərdən kimləri bəyənirsiniz?

- Simpatiya bəslədiyim insanlar var. Ümumiyyətlə, gözəl insanları sevirəm. Gözəl qadınlara heyranlıqla baxıram.

- Ukraynada modellərin qazancı nə qədərdir?

- Gizlətməyəcəm, çox az qazanırıq. Təəssüf ki, Ukraynada model biznesi hələlik o qədər də inkişaf etməyib. Xüsusən də +ölçülər istiqamətində ciddi bir irəliləyiş görünmür. Ukraynada gözəl qadınlar çoxdur. Həm dolu, həm də zərif qızlarımız var ki, onların gözəlliyini üzə çıxara biləcək kimsə yoxdur... Ona görə də qərara gəlmişik ki, dolu bədənli xanımlar üçün modalar agentliyi yaradaq. Hazırda bu məsələ üzərində ciddi işləyirik. Ölkəmizdəki vəziyyətlə bağlı bu planı əvvəllər reallaşdıra bilmirdik. Lakin indi tam əminik ki, məqsədimizə çata biləcəyik. Bax, onda biz - "canı sulu bombalar" Ukraynada "partladacağıq".

- Bakıda olmusunuz?

- Təəssüf ki, xeyr. Lakin uşaqlıqdan bunu çox arzulayıram. Axı söhbət atamın vətənindən gedir və deməli, orada olmaq mənim həm də borcumdur.

- Azərbaycan haqda nə bilirsiniz?

- Azərbaycanın tarixi barədə çox şeylər danışa bilərəm. Lakin burada sizin də bildiklərinizi təkrarən danışmaq istəmirəm. Azərbaycan xəyalımdakı ölkədir və uzun illərdir ki, bu ölkəyə getməyi arzulayıram. Əminəm ki, çox yaxınlarda mən bu arzuma çatacam. Bilirsiniz, mən Azərbaycanda baş verən dəyişiklikləri də izləyirəm. İndi tam əminliklə Bakını Dubayla müqayisə edə bilərəm. Azərbaycan çox düzgün istiqamətdədir və olduqca sürətlə inkişaf edir. Bunu Ukraynadan da görmək mümkündür.

- Siz məşhur "Dom 2" telelayihəsində də iştirak etmisiniz və bildiyimizə görə, Azərbaycandan da xeyli pərəstişkar toplaya bilmişdiniz...

- Bəli, Azərbaycanda çox sayda pərəstişkarım var idi. Onlar mənim arxamda dayanmışdılar. Səs verir, internetdə müdafiəmə qalxırdılar. Hətta bəziləri mənə kömək etdilər ki, atamın Azərbaycandakı qohumlarını tapım. Biz uzun müddət onları axtarmışıq. Bir sözlə, indi bu müsahibəni görüb, məni xatırlayanlar olacaq.

Milli.Az
















Tags:  Azərbaycanlı Rima Erotik çəkilişlərdən həzz alıram FOTO

RƏYLƏR


Top news