Son günlər Ankaranın ünvanına səsləndirdiyi təhdid və hədələrlə gündəmdən düşməyən İraqın baş naziri Haydar əl-İbadi milyonçu olmaq fikrinə düşüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir “Kim milyonçu olmaq istəyir" teleoyunun İraq versiyasında iştirak edib.
Lakin baş nazirin milyonçu olmaq arzusu gerçəkləşməyib.
Haydar əl-İbadi artıq üçüncü sualda ilişib. “İraqlıların ən çox sevdiyi şirniyyat hansıdır?” sualına cavab verə bilməyib. “Dosta zəng” haqqından istifadə edən baş nazir xarici işlər naziri İbrahim Cəfəriyə zəng edib. Ölkənin baş diplomatı da suala cavab tapmayıb. Haydar əl-İbadi bu dəfə “50-50”yə haqqından istifadə edib. Lakin yerdə qalan iki variant arasından da düz cavabı tapmayan baş nazir yarışla vidalaşıb və milyonçu olmaq arzusunu təxirə salıb.
Ömər Dağlı