Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağciyər hipertenziyası varsa...

Ağciyər hipertenziyası varsa...

Date: 13 October 2016 23:52

Xəstəlik ağciyər arteriyası və oun şaxələrinin konseptrik fibrozu, hipertrofiyası, həmçinin çoxsaylı arteriovenoz səbəbli meydana çıxır. Xəstəliyə ən çox qadınlar arasında rast gəlinir, çox vaxt hamiləlik zamanı üzə çıxır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu sindromla təzahür edən xəstəlik heterogen qrup xəstəlikdir. Bəzən ailəvi xarakter daşıyır. Xəstəliyin genetik xarakter daşıması fərziyyəsi mövcuddur. Ağciyər hipertenziyasının əmələ gəlməsində aşağıdakı faktorların rolu olduğu söylənilir:
- damar tonusunun tənzim mərkəzinin pozğunluğu
- aktiv damardaraldıcı maddələrin təsiri (serotonon, endotelinin)
- trombositlərin aqressiyasının yüksəlməsi
- mikrotrobların formalaşması ilə anadangəlnə və qazanılmış qüsur.
Xəstəlik zamanı ağciyərlərin xırda venalarında proliferasiya və fibroz baş verir, kapillyar damarların okklüziyası əmələ gəlir. Bu zaman ağciyər hemangiomatozu və metastzlaşmayan xoşxassəli damar törəmələri meydana çıxır.
Xəstəlik aşağıdakı əlamətlərlə mözünü biruzə verir:
- azacıq fiziki gərginlikdə belə boğulma hissi
- tez yorulma
- döş sümüyü arxasında ağrılar
- ürəkdöyünmə
- huşun itməsi
- başgcəllənmə tutmaları.
Müayinə zamanı xəstələrdə təngnəfəslik, kəskin sianoz, falanqaların"təbil çubuğuna" bənzəməsi aşkar edilir. Xəstələrdə qan dövranı pozğunluqları səbəbli arterial hipertenziyanın da müşahidə edilməsi diqqəti çəkir.
Diaqnozu dəqiqləşdirmək üçün EKQ, rentgenoloji və laborator analizlərin nəticələri əsas götürülür.
Ağciyər hipertenziyasının müalicəsi aşağıdakı istiqamətlərdə aparılır:
1. İzomerik gərginlikləri məhdudılaşdırmaq
2. Ağciyər infeksiyalarının aktiv müalicəsi
3. Vazodiladatorlarla müalicə.
Xəstəliyin etioloji müalicəsi yoxdur.
Milli.Az


Tags:  Ağciyər hipertenziyası varsa

RƏYLƏR


Top news