Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərbərin qeyri-adi istedadı (FOTO/VİDEO)

Bərbərin qeyri-adi istedadı (FOTO/VİDEO)

Date: 14 October 2016 02:33

Kürdəmir rayon sakini Arzu Səlimov kibrit çöplərindən və tullantılardan müxtəlif maketlər hazırlayır.

Publika.az ARB TV-yə istinadən xəbər verir ki, A.Səlimovun birinci əl işi 2 aya yaxın müddətdə 80 kibrit qutusundan hazırladığı ev maketidir. 4 ay ərzində 200 kibrit qutusundan hazırladığı məscid maketi isə onun 2-ci və ən böyük əl işidir. O bu işlə 2 ilə yaxındır məşğul olur: “Stəkan-nəlbəki maketinə 20 qutu kibrit işlədib, 2 günə bitirmişəm. Su butulkalarından düzəltdiyim kül qabıları, kassa qabı, qum saatı var. Dondurma çubuğundan helikopter düzəltmişəm”.

Əsl sənəti bərbərlik olan A.Səlimov deyir ki, maket hazırlamaqla əsasən boş vaxtlarında məşğul olur. Böyük zəhmətlə ərsəyə gətirdiyi əl işlərini bərbərxanada nümunə kimi saxlayır.

Onun sözlərinə görə, maketlərə müştəri çıxsa da, hazırladıqlarını satmaq barədə düşünmür, amma bəzi maketləri yaxınlarına hədiyyə edib.

A.Səlimov gələcəkdə daha böyük ölçülü maketlər hazırlamağı və onları sərgiləməyi planlaşdırır.








Tags:  Bərbərin qeyri-adi istedadı FOTOVİDEO

RƏYLƏR


Top news