Əsəd böhranın həlli yolunu açıqladı

Əsəd böhranın həlli yolunu açıqladı
04:09 14 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

“Suriya böhranının həlli üçün danışıqlar kimlə gəldi yox, yalnız real təsir gücünə malik olan, quruda terrorçularla mübarizə apara bilən siyasi qüvvələrlə aparılmalıdır. Suriya hökuməti təsir gücünə malik deyil”.

 

APA-nın xəbərinə görə, bunu Suriya prezidenti Bəşər Əsəd “Komsomolskaya pravda” nəşrinə müsahibəsində deyib.  

 

“Məsələ onda deyil ki, kimlə gəldi danışıqlar aparılsın, dialoq  real təsir gücünə malik olan, vəziyyəti dəyişə biləcək qüvvələrlə qurulmalıdır. Təsəvvür edək ki, biz Suriyada və ölkə hüdudlarından kənarda olan, vətənpərvər olan və ya olmayan bütün müxalif qüvvələri toplamışıq. Fərz edək ki, biz onlarla hər şey barədə razılığa gəlmişik. Və “Bu Suriya üçün gözəl gələcəkdir”, - deyə bəyanat vermişik. Məsələ ondadır ki, onlardan kim  terrorçuların hərəkətlərinə təsir edəcək?”, - deyə Əsəd bildirib.

 

“Biz bilirik ki, bu terrorçuların əksəriyyəti “Əl Qaidə”, İŞİD, “Ən Nüsrə”, “Əhrar əş-Şam” kimi qeyri siyasi təşkilatlarla əlaqəli olan qruplaşmaların üzvüdür. Onları vəhhabi ideologiyasından başqa heç bir ideologiya maraqlandırmır. Bu o deməkdir ki, siyasi müxalifətlə hər hansı danışıqlar vəziyyəti dəyişməyəcək. Məhz bu problemin əsas tətəfidir”, - deyə Suriya prezidenti qeyd edib.  

 

Bəşər Əsəd bildirib ki, Suriya hökumətinin vəziyyətə təsir edə biləcək öz üsulları var: “Biz terrorçularla mübarizə aparırıq. Bəs bütün bu müxalifət nə edə bilər? Məsələ bundadır. Və mənim bu suala cavabım yoxdur. Onlar nəyə qadir olduqlarını və nə edə biləcəklərini özləri deməlidir”.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR