Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Baş nazir: "Yunanıstanın Avrozonadan çıxmaq barədə heç bir planı yoxdur"

Baş nazir: "Yunanıstanın Avrozonadan çıxmaq barədə heç bir planı yoxdur"

Date: 14 October 2016 05:52

Bakı. 14 oktyabr. REPORT.AZ/ Yunanıstanın Avrozonadan çıxmaq barədə heç bir planı yoxdur. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin hakim partiyasının qurultayında baş nazir Aleksis Tsipras bəyan edib.
“Yunanıstanın Avrozonadan çıxmağı heç vaxt proqressiv addım kimi qiymətləndirilə bilməz. Bu ölkənin növbəti dəfə talan olması, əhalinin banklardakı əmanətlərinin itirilməsinə gətirib çıxara bilər”, - baş nazir deyib.
O qeyd edib ki, bu Almaniya maliyyə naziri Volfqanq Şoyblenin planı olub və bunun müzakirə olunacağı ehtimal edilmir.

Tags:  Baş nazir Yunanıstanın Avrozonadan çıxmaq barədə heç planı yoxdur

RƏYLƏR


Top news