Əncir qurusundan konfet

Əncir qurusundan konfet
07:05 14 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az əncir qurusundan konfetin hazırlanma qaydasını təqdim edir

Tərkibi (25-30 ədəd): 

1 st. kişmiş 
10-12 ədəd əncir qurusu
5 İran xurması 
1/4 st. xırdalanmış badam, yaxud fıstıq 
2 x.q. zeytun yağı
2 x.q. şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
bəzək üçün şəkər pudrası 

Kişmiş, əncir qurusu və xurmanı soyuq suda 1 gecə, yaxud isti suda 4 saat saxlayın. 

Suyu süzüb meyvə qurularını püre halına gələnədək xırdalayın. 

Badamı (fıstığı) doğrayıb orta itilikli odda 5 dəqiqə qovurun. 

Qalın dibli tavanı qızdırın, zeytun yağı tökün, quru meyvələrdən hazırladığınız püreni əlavə edib orta itilikli odda 10-15 dəqiqə, qatılaşınca bişirin. 
 
Xırdalanmış badamı, şəkər tozu və vanilli şəkəri əlavə edib daha 10 dəqiqə bişirin. 

Düzbucaqlı formanı azca yağlayın və kütləni içinə bərabər yayın. 
 
Bir qədər qurumağını gözləyin. Sonra balaca kvadratlara bölün. Üzərinə şəkər pudrası səpib süfrəyə verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/478475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR