"Yuyub müştəriyə təzə adıyla təqdim edirik" - İaşə obyektləri də etiraf edir

"Yuyub müştəriyə təzə adıyla təqdim edirik" - İaşə obyektləri də etiraf edir
07:22 14 Oktyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Birdəfəlik qablardan dəfələrlə istifadə olunur

İctimai iaşə obyektlərində adətən təmiz, istifadə olunmamış hesab etdiyimiz birdəfəlik qablara üstünlük veririk. Lakin istifadəçilər belə qabların yuyularaq, ya da silinərək təkrar istifadə üçün verildiyini iddia edirlər.

Bakıda fəaliyyət göstərən "KFC" restoranlar şəbəkəsində birdəfəlik qabların yuyulması və təkrar istifadəsi ilə bağlı iddia ortaya çıxıb. Aytəkin Qardaşova adlı müştəri adıçəkilən restoranlar şəbəkəsində müştərilərin istifadə etdiyi plastik su qablarının zibil qutusuna deyil, kassaya təhvil verildiyini görüb ("baku.ws"). Bir müddət eyni vəziyyəti müşahidə etdikdən sonra xanım yaxınlaşaraq "KFC" işçilərindən vəziyyəti öyrənməyə çalışıb: "Sual verdim ki, "İstifadə edilmiş qabları niyə bura yığırsız? Su töküb yenidən istifadə üçün müştərilərə qaytaracaqsız?" Cavab tapa bilməyən oğlan tutulub qaldı. "Yox, xanım, aparıb "krant"a boşaldacağıq",- deyə bildirib. Yəni, işçi plastik qabların yuyularaq yenidən istifadə olunduğunu etiraf etdi. Beş dəqiqə çəkmədi ki, qabların hamısını yox elədilər".

Qeyd edək ki, məşhur restoranlar şəbəkəsi "KFC"də bu yaxınlarda 3 uşaq yeməkdən zəhərlənmişdi. Hadisə restoranlar şəbəkəsinin 28 May metrostansiyasının yaxınlığındakı şöbəsində baş verib.

Şəhərdəki kafelərin birində işləyən ofisiant Elvin Babaşov bizimlə söhbətində etiraf etdi ki, belə qablar üçün əlavə ödəniş götürülmədiyindən onları atmaq və yenisini almaq sərf etmir: "Qırılmır və olduqca sərfəlidir. Əzilməyənləri bir qədər təmizləyir və müştərilərə yenisi kimi təqdim edirik. Heç kim şübhələnmir. Kimin ağlına gələ bilər ki?"

Milli.Az xəbər verir ki, tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyev Ekspress.az-a bildirib ki, birdəfəlik qabları bir dəfədən artıq istifadə etmək düzgün deyil: "Plastik qablardan istifadənin özü şübhə altındadır. Birdəfəlik istifadə üçün nəzərdə tutulan qablar bir dəfə belə istifadə olunsa, onların orqanizm üçün nə dərəcədə təhlükəli olması hələ tam bəlli deyil. Hələ bu haqda araşdırmalar gedir",-deyən müsahibimiz, ümumiyyətlə, plastikdən hazırlanan hər şeyin insan orqanizmi üçün zərərli olduğunu bildirir. Dediyinə görə, kimyəvi maddələrin qabın içərisinə qoyulan qidalara az da olsa təsiri olur.

"Birdəfəlik qabların təkrar istifadə olunması, xüsusilə də, qaynar suda yuyulması, təmizlənməsi və içərisinə yenidən qida məhsullarının qoyulması, suyun tökülməsi, yolverilməzdir. Çünki plastik qabda olan kansoregen maddələr qidanın daxilinə girərkən istər-istəməz zəhərlənmələr baş verir. Belə qabların tərkibindəki və qidalara daxil olan kansoregen maddələr müxtəlif xəstəliklərin əmələ gəlməsinə, xüsusilə də onkoloji xəstəliklərin daha geniş yayılmasına, inkişaf etməsinə təkan verir".

Həkimə görə, ola bilər, bu qabların mənfi təsiri dərhal nəzərə çarpmasın, amma bir neçə il sonra onun fəsadları, sözsüz ki, meydana çıxacaq. Onun fikrincə, birdəfəlik qablardan təkrar istifadə faktları varsa, dövlət tərəfindən ciddi nəzarətə götürülməlidir. "Əgər hansısa iaşə obyektində birdəfəlik qablarından təkrar istifadə olunursa, çox ciddi cəzalar verməlidir ki, bu hallar baş verməsin".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun qəzetimizə bildirdiyinə görə, istehlakçının göstərilən xidmət haqqında informasiya almaq hüququ var: "Əslində normal firmalar qab yuyulan yerdə, mətbəxin hər yerində şəffaflıq yaradır. Bir çox ölkələrdə zallarda böyük monitorlar qoyulub ki, istehlakçı da mətbəxdə nəyin baş verdiyini izləyə bilir. O cümlədən Türkiyədə bu təcrübə tətbiq olunur".

E.Hüseynov qeyd edib ki, birdəfəlik qabların necə gəldi yuyulması və təkrar istehlakçılara təqdim olunması istehlakçı hüquqlarının pozulmasıdır və ciddi xəstəliklərin yayılmasına səbəb ola bilər: "Təsadüfi deyil ki, "McDoonalds", "KFC" şəbəkəsi istehlakçıların hüquqlarının müdafiəsi qurumları tərəfindən daim antireklam olunan yerdir. Çünki bunlar cəld yeməklər verirlər. Artıq bəzi ölkələrdə, ümumiyyətlə, "McDonalds"ın fəaliyyətinə qadağa qoyulub. İstehlakçılar belə yerlərdən uzaq durmalıdır. Ən təhlükəli yeməklər bu cür yerlərdə verilir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, birdəfəlik qablar istehlak onunandan sonra istehlakçı gərək onu zibil qabına atsın: "Ümumiyyətlə, istehlakçılara məsləhət görürəm ki, bu qablarda yeyib-içəndən sonra, onları əzib yararsız hala gətirsinlər ki, onlardan yenidən istifadə olunmasın".

AİB sədri əlavə edib ki, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi bu işlərə nəzarət etməlidir: "Təəssüf ki, nəzarət etmirlər. İstehlakçı hüquqlarının qorunması pis vəziyyətdədir. Ona görə istehlakçıların özlərinin fəallığı olmalıdır. İstehlakçılar belə məsələlərlə üzləşəndə 195 nömrəsinə zəng edərək İqtisadiyyat Nazirliyinə məlumat versinlər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37

Goranboyda "VAZ" aşdı - 3 yaralı

26 İyul 2017 22:29

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi - FOTO

26 İyul 2017 22:27

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

26 İyul 2017 22:27

Maykl Ceksonun 19 yaşlı qızı siqaret çəkərkən görüntüləndi

26 İyul 2017 22:17

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

26 İyul 2017 22:17

FES illik faiz dərəcəsini 1-1,25% səviyyəsində saxlayıb

26 İyul 2017 22:17

FED uçot dərəcəsini dəyişmədi

26 İyul 2017 22:14

FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

26 İyul 2017 22:12

Bakıda reyd keçirilib - VİDEO - FOTO

26 İyul 2017 22:05

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz - MÖHTƏŞƏM KƏŞF

26 İyul 2017 22:05

"Neftçi" "Şalke" ilə oynadı

26 İyul 2017 22:05

“Neftçi” “Şalke”-yə uduzdu

26 İyul 2017 22:04

NASA-nın izah tapmadığı QƏDİM QAYAÜSTÜ TƏSVİRLƏR

26 İyul 2017 22:03

Bakıda pulsuz "Wi-Fi" artıq bu YENİ ƏRAZİLƏRDƏ də olacaq

26 İyul 2017 22:01

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib

26 İyul 2017 21:57

Qriqorçuk: "Panatinaikos”la qarşılaşacağımıza sevinirik"

26 İyul 2017 21:52

Küçədə lüt gəzən qadın tıxaca səbəb oldu - FOTO/VİDEO

26 İyul 2017 21:48

"Məni ancaq 5:0 hesablı qələbə qane edəcək" - Qriqorçuk

26 İyul 2017 21:47

"Gətirdilər, satmalıyıq" - Səhərdən axşama qədər işləyən azyaşlılar - VİDEO - FOTO

26 İyul 2017 21:42

Sakinlər yeni binanın tikintisindən narazıdırlar - VİDEO

26 İyul 2017 21:37

Bakıda pulsuz "Wi-Fi" artıq bu YENİ ƏRAZİLƏRDƏ də olacaq

26 İyul 2017 21:32

Bella və Gigi Hadidin 53 yaşlı anası - FOTO

26 İyul 2017 21:27

Azərbaycanın baş konsulu Iğdır vilayətinin valisi ilə görüşüb

26 İyul 2017 21:27

Bakıda “Jara” başlayır

26 İyul 2017 21:24

Ağaclar ya kəsilir, ya da kökündən çıxarılır - VİDEO

26 İyul 2017 21:22

Ölkəmizə 140 pambıqyığan kombayn gətiriləcək

26 İyul 2017 21:18

Stiv Skaliz xəstəxanadan evə buraxılıb

26 İyul 2017 21:17

Arda Turandan Terimin istefasına İLK REAKSİYA - FOTOLAR

26 İyul 2017 21:13

Avtomobil aşıb, sürücü xəsarət alıb

26 İyul 2017 21:12

Şahanla ailəsi Amerikada hava limanından geri qaytarıldı

26 İyul 2017 21:12

Metrodakı eskalatorların fırçaları nə işə yarayır?

26 İyul 2017 20:58

Fədayə Laçın: "Oğlumu evləndirmişəm, tezliklə nənə olacağam" - FOTO

26 İyul 2017 20:57

Salyanda “VAZ” aşdı, sürücü yaralandı

26 İyul 2017 20:54

Xanımı aktyoru belə təbrik etdi - FOTO

26 İyul 2017 20:52

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 20:49

Malidə göyərtəsində BMT sülhməramlıları olan helikopter qəzaya uğrayıb

26 İyul 2017 20:47

Qazaxda ağır yol qəzası - VİDEO - FOTO

26 İyul 2017 20:42

Melanya və İvanka Tramplar Vaşinqtonun gözəlləri seçildi

26 İyul 2017 20:37

Çimərliyə gedənlər oxusun! - 6 VACİB QAYDA

26 İyul 2017 20:37

Avropa dizel avtomobillərindən imtina edə bilər

26 İyul 2017 20:32

BMT sülhməramlılarını daşıyan helikopter qəzaya uğradı

26 İyul 2017 20:29

Selena ad gününü Castin Biberin sevimli məkanında qeyd etdi - FOTO

26 İyul 2017 20:27

Yay mövsümündə NECƏ QİDALANMALI?

26 İyul 2017 20:23

"Hyundai Motors"da İFLAS TƏHLÜKƏSİ

26 İyul 2017 20:22