Prezident: “Düşmənlərimiz bizi şantaj etmək istədi”

Prezident: “Düşmənlərimiz bizi şantaj etmək istədi”
07:59 14 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd Səudiyyə Ərəbistanının Dəməşqin İranla münasibətləri pozacağı təqdirdə ona dəstək vəd etdiyini bildirib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bəşər Əsəd “Komsomolskaya pravda”ya müsahibəsində bildirib.

 

“Onlar dedilər ki, əgər biz İrandan üz çevirsək, Tehranla hər hansı münasibətlərdən imtina etsək, bizə kömək edəcəklər. Onlar bunu çox sadə və birbaşa dedilər”.  

 

Əsədin sözlərinə görə, bu təklif ona Suriyada münaqişə başladıqdan sonra edilib.   

 

“Təkliflər böhrandan sonra edilməyə başlayıb. Çünki  düşmənlərimiz böhrandan şantaj üçün istifadə etmək istəyirdilər. Dedilər ki, onların istədiyini etsək, bizə kömək edəcəklər”, - deyə o əlavə edib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR