Məktəbəhazırlıq qruplarında məşğələlərin sayı ilə bağlı YENİ QƏRAR

Məktəbəhazırlıq qruplarında məşğələlərin sayı ilə bağlı YENİ QƏRAR
08:17 14 Oktyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nın 4-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilir:

"4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.

4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:

Məşğələlər

Kütləvi qruplarda

Azsaylı xalqların uşaqlarından ibarət qruplarda

Ətraf aləmlə tanışlıq

1 1
Savad təliminə hazırlıq və nitq inkişafı 2 4

Bədii təfəkkürün inkişafı

1 1

Məntiqi və riyazi təfəkkürün inkişafı

2 2

Təsviri fəaliyyət

2 1
Musiqi 2 1

Fiziki mədəniyyət

2 2

4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR