Nüvə müharibəsinə daha bir addım - Prezidentə ŞOK TƏKLİF

Nüvə müharibəsinə daha bir addım - Prezidentə ŞOK TƏKLİF
08:23 14 Oktyabr 2016
138 Dünya
Ölkə mətbuatı
A- A+

Koreyanın demokratik və sülh yolu ilə birləşdirilməsi üzrə məşvərət şurası prezident Park Qın-Hyeyə ABŞ-ın taktik nüvə silahını ölkəyə qaytarmağı təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda şuranın saytında dərc edilmiş sənəddə deyilir.

Xatırladaq ki, ABŞ 1991-ci ildə Koreya yarımadasının cənubundan taktik nüvə silahını tamamilə çıxarıb. 2012-ci ildə isə ABŞ Konqresi Şimali Koreya təhlükəsindən müdafiə məqsədilə nüvə silahının Cənubi Koreyaya qayıdışı planını dəstəkləyib. Amma Cənubi Koreyanın Müdafiə Nazirliyi bu ideyaya qarşı çıxıb. Seulda bildiriblər ki, Vaşinqtonun bu Şimali Koreyanın nüvə probleminin nizama salınmasına imkan yaratmayacaq.

Bununla belə, 2016-cı ilin fevralında “Senuri” hakim partiyasının parlament fraksiyasının lideri Bon Yu Çxol hətta şəxsi nüvə arsenalına malik olmasına ehtiyac olduğunu bildirib. Deputatın fikrincə, yalnız bu yolla ölkəni təhlükəsiz etmək olar.

Koreya yarımadasının problemləri üzrə aparıcı mütəxəssislərdən olan Çon Son Çan həmin vaxt bildirib ki, nüvə dövləti statusu əldə etmək üçün Seula cəmi 18 ay kifayət edəcək.

“Əgər prezident qərar qəbul edərsə, Koreya Respublikası 18 ay ərzində nüvə silahını yarada biləcək”, - ekspert deyib.

O, digər politoloqlar kimi hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının keçirdiyi son nüvə sınağı və fevralın 7-də 12 min kilometr uzaqlıqdakı hədəfləri vura bilən ballistik raketi atmasından sonra Seulun özünü nüvə silahı ilə qorumağın vaxtı çatıb. Çon Son Çan qeyd edir ki, 18 ay ərzində nüvə döyüş sursatlarının bir neçə min vahidini hazırlamaq mümkündür. Amma onun fikrincə, hətta nüvə silahının əldə ediləcəyi halda da ABŞ-la ittifaqı saxlamaq lazımdır.

Çon Son Çan qeyd edib, Cənubi Koreya şimal qonşusu ilə müqayisədə daha üstün nüvə texnologiyalarına malikdir və nüvə silahını əldə edəndən sonra onu sınamaq lazım olmayacaq: “Seul 2014-cü ildə təhlükəsizliyi üçün xaricdən 7,8 milyard dollarlıq silah alıb. Nüvə silahı olduğu halda hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq. Cənubi Koreyada üstün atom texnologiyaları və nüvə materialları kifayət qədərdir. Nüvə silahının hazırlanması üçün bir trilyon von (təxminən 818 milyon dollar) lazım olacaq. Beynəlxalq cəmiyyət də nüvə sınaqlarını həyata keçirən Pxenyandan fərqli olaraq sanksiyaları tətbiq etmək üçün səbəblər tapmayacaq”.

Ancaq “The Korea Times” qəzetinin yazdığına görə, Cənubi Koreya prezidenti Park Qın-hyeyarımadanın nüvə silahından azad edilməsi strategiyasına sadiqdir.

Nəşrin məlumatına görə, ABŞ Dövlət Departamentinin Şimali Koreya məsələləri üzrə xüsusi nümayəndəsi Sunq Kim həmçinin qeyd edib ki, sentyabrda Park Qın-hye və ABŞ prezidenti Barak Obama yarımadaya nüvə silahının yenidən daxil edilməsinə ehtiyacın olmadığı barədə yekdil fikrə gəliblər.

Asan Siyasi Tədqiqatlar İnstitutunun vitse-prezidenti Çxve Kanın sözlərinə görə, əgər ABŞ təhlükəsizliyin təmin olunması üçün tam zəmanət verərsə, nüvə silahına ehtiyac yoxdur. “Amma əks halda Seul şəxsi nüvə silahının istehsalı ilə mütləq məşğul olmalı olacaq”, - ekspert əlavə edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR