Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sürüşmə zonaları ilə bağlı ən son xəbər

Sürüşmə zonaları ilə bağlı ən son xəbər

Date: 14 October 2016 08:27

Son bir neçə gün ərzində yağan yağışlar bir sıra sürüşmə zonalarının aktivləşməsinə səbəb olub.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Xızı, Siyəzən, Şabran rayonlarında, eləcə də Şamaxı, İsmayıllı, Qobustanda fəallaşma var. Xüsusilə də İsmayıllının Basqal kəndindəki və onun ətrafındakı kəndlərdə sürüşmə sahələrində aktivlik müşahidə edilir.

E.Əlizadə əlavə edib ki, Bakıdakı sürüşmə sahələrində hələlik gözəçarpan dəyişiklik yoxdur: "Amma Zığ və Masazır sürüşmə sahələrində vəziyyət yaxşı deyil. Burada xeyli fəallaşma var".

Xatırladaq ki, 1980-cı ilə qədər Azərbaycanda cəmi 115 yaşayış məntəqəsində sürüşmə olub. 1990-cı ildə 140-a yaxın sürüşmə məntəqəsində sürüşmə olduğu halda, 1990-cı ildən indiyədək olan dövr ərzində onların sayı artaraq 370-dən çox olub.

Son illərdə Azərbaycanın 10 iqtisadi rayonunun hamısında sürüşmə yayılıb. Sürüşmənin baş verdiyi yaşayış məntəqələrinin çoxluğuna görə ilk yeri Quba-Xaçmaz, sonrakı yeri isə Şamaxı-İsmayıllı iqtisadi rayonu tutur. Quba-Xaçmazda 96, Şamaxı-İsmayıllıda (Dağlıq Şirvan) isə 94 yaşayış məntəqəsində sürüşmə baş verib. Sürüşmələrin yayılma səviyyəsinə görə iqtisadi rayonlar arasında ilk yeri Şamaxı-İsmayıllı bölgəsi tutur.

Son dövlərdə Gəncə-Qazax və Lənkəran-Astara iqtisadi rayonlarındakı yaşayış məntəqələrində sürüşmə sahələri geniş yayılıb. Əvvəllər bu ərazilərin hər birində 5-6 yaşayış məntəqəsində sürüşmə var idi. Hazırda isə Gəncə-Qazax və Lənkəran-Astara istiqdai rayonunun hər birində 56 yaşayış məntəqəsi sürüşmə zonasında yerləşir. Hazırda Naxçıvan Muxtar Respublikasında 30, Şəki-Zaqatala zonasında 20, Abşeron iqtisadi rayonunda 20 yaşayış məntəqəsi sürüşmə zonasında yerləşir.

Milli.Az


Tags:  Sürüşmə zonaları bağlı son xəbər

RƏYLƏR


Top news