""Real"da baş məşqçi olmağımı istəmədilər"

""Real"da baş məşqçi olmağımı istəmədilər"
09:32 14 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Hazırda "Real"ın səfiri olan Braziliya millisinin sabiq üzvü Roberto Karlos gələcək planlarından danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı veteran yaxın gələcəkdə məşqçiliyə qayıdacağını bildirib:  

""Real" rəhbərliyi ilə danışığımız oldu. Məndən fərqli olaraq, onlar baş məşqçi olmağımı istəmədilər. Bildirdilər ki, imicim daha çox səfir vəzifəsinə uyğun gəlir. Hazırda tutduğum vəzifəyə görə çox şadam. Lakin imkan yaranan kimi yenidən məşqçiliyə qayıdacağam".

Xatırladaq ki, Roberto Karlos "Sivasspor", "Akhisar Belediyyespor" və "Deli Dinamos"u çalışdırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR