Marsın peyki də göründü - FOTO

Marsın peyki də göründü - FOTO
09:37 14 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) "Mars Orbiter" adlı aparatının çəkdiyi fotoları yayımlayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, ISRO-nun 2014-cü ildə Marsın orbitinə yerləşdirdiyi kosmik aparatın göndərdiyi fotolar görənləri heyran edir. Yayılan fotolarda Marsın kiçik peyki Fobos da görünüb.

ISRO peyki 5 noyabr 2013-cü ildə kosmosa buraxıb. Aparat 24 sentyabr 2014-cü ildə qırmızı planetin orbitinə yerləşdirilib.

Qeyd edək ki, "Mars Orbiter" layihəsinə bütövlükdə 73 milyon dollar xərcləyən Hindistan Marsa çatan üçüncü ölkə olub. Daha əvvəl NASA (Milli Aeronavtika və Kosmos İdarəsi-ABŞ) və ESA (Avropa Kosmik Agentliyi) buna nail olublar.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR