Totti: "Maradona ilə də oynadımsa..."

Totti: "Maradona ilə də oynadımsa..."
09:52 14 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Romada dünya ulduzlarının iştirakı ilə xeyriyyə qarşılaşması keçirildiyi barədə məlumat verilmişdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Roma Papasının təşəbbüsü ilə keçirilən oyunda Ronaldinyonun komandası Maradonanın komandası ilə qarşılaşıb.

Oyunda Maradonanın komandasında hazırda karyerasını davam etdirən "Roma"nın əfsanəvi futbolçusu Françesko Totti də çıxış edib. Hücumçu matçdan sonra maraqlı açıqlama verib.
 
O, yerli mətbuata Maradonayla bir komandada oynadıqdan sonra rahatlıqla butslarını mismardan asa biləcəyini deyib: "Mən Maradonayla bir komandada oynadım. Artıq rahatlıqla butslarımı mismardan asa bilərəm".
 
Qeyd edək ki, Romanın Olimpiya stadionunda keçirilən oyun Ronaldinyonun komandasının qələbəsiylə yekunlaşıb - 4:3. Maradonanın komandasının qollarından birinə Totti imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR