Moskva-İrəvan avtobusu qəzaya düşdü: 5 ölü, 25 yaralı

Moskva-İrəvan avtobusu qəzaya düşdü: 5 ölü, 25 yaralı
10:12 14 Oktyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva-İrəvan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Şimali Osetiyada yük maşını ilə toqquşub.

Milli.Az azvision.az-a istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. 

Qəza yerli vaxtla 04:25 radələrində baş verib. Şimali Osetya üzrə FHN-in saytında yer alan məlumata görə, "Mercedes" markalı avtobus "Scania" markalı yük maşını ilə toqquşub. Hadisə baş verən zaman avtobusun içərisində 52 sərnişin olub. 

İlkin məlumatlara görə, dörd nəfər hadisə yerində keçinib. 

Faktla bağlı araşdırmalar gedir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR