Donald Tramp və arvadı məhkəmə ilə hədələyirlər - FOTO

Donald Tramp və arvadı məhkəmə ilə hədələyirlər - FOTO
10:17 14 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Tramp ailəsi ilə Pasxa tətilində - (17 Aprel 2017 21:53)
Tramp ailəsi ilə kilsədə - FOTO (17 Aprel 2017 13:27)
Putin: "Tramp dövründə Rusiya ilə ABŞ arasında etimad deqradasiyaya uğrayıb" (12 Aprel 2017 13:57)

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bəyan edib ki, onun guya qadınlara sataşması və təcavüzə cəhd etməsi ilə bağlı yayılmış xəbərlər ağ yalandır.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Tramp bu informasiyaları "saxtakarlıq, böhtan, bir mərkəzdən ustalıqla yayılan yalanlar" adlandırıb.

D.Trampın seçki qərargahı The New York Times qəzetinə məktub yollayaraq kompromat səciyyəli materialın saytdan çıxarılmasını tələb edib. Qərargah qəzeti məhkəmə ilə hədələyib.

D.Trampın mətbuat katibi Houp Hiks deyib: "Nataşa Stoynoff adlı qadın deyir ki, guya 2005-ci ildə Tramp Floridada olanda onu divara qısnayıb və dilini ağzına salıb. Mindi MakQillivri isə iddia edir ki, Donald Tramp guya 13 il əvvəl onun yambızlarından yapışıbmış. Bu qadınların ikisi də ağ yalan danışır".

Oktyabrın 12-də "The New York Times"ın dərc etdiyi bir yazıda iki qadın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın onlara nalayiq şəkildə toxunduğunu iddia edib. Buna bənzər iddialar az sonra "People" jurnalında da yer alıb. "The New York Times" yazır ki, Cessika Lids və Reyçel Kruks  Trumpın icazə almadan onları öpdüyünü, yaxud əlini əndamlarında gəzdirdiyini iddia edirlər. Hadisələrdən birinin 2005-ci ildə, digərininsə 30 il əvvəl baş verdiyi deyilir.

"People" jurnalının yazarı Nataşa Stoynoff isə iddia edir ki, 2005-ci ildə Floridada Trampla xanımı Melaniyanın evliliyinin birinci ildönümünü işıqlandırarkən Trampın fiziki hücumuna məruz qalıb. Trampın seçki düşərgəsi bəyanat yayaraq "The New York Times"da çıxan ittihamları rədd edib və qəzeti məhkəməyə verəcəyi ilə hədələyib. Bəyanatda deyilir ki, qəzetdə çıxan yazılar siyasi motivlidir.

"Bu saxta hekayətdə ləyaqət və həqiqət yoxdur"

"Planetin ən tanınmış biznes liderlərindən birinin, öz şirkətlərində daim qadınlara şərait yaratmış bir şəxsin bu məqalədə iddia edilən şəkildə davranması absurddur. Bunun yalnız onillər sonra, üstəlik, namizədlik kampaniyasının son ayında ortaya çıxması hər şeyi deyir", - Trampın sözçüsü Ceyson Miller bəyan edib.

"Belə bir şey heç vaxt baş verməyib. Bu saxta hekayətdə ləyaqət və həqiqət yoxdur", - Trampın sözçüsü bu sözləri də "People" jurnalına ünvanlayıb.

Sözügedən qadınlar prezidentliyə namizədlərin 2-ci debatını izləyəndən sonra bu barədə danışmaq qərarına gəliblər. Debat zamanı CNN-in əməkdaşı Trampdan "qadınları onların razılığı olmadan öpüb-öpmədiyini..." soruşub. Namizədsə cavabında "yox" deyib.

Tramp: "Bunların heç biri olmayıb"

Tramp "The New York Times"ın müxbirinə bildirib ki, "bunların heç biri olmayıb".

Trampın vəkili qəzetdən "tam və dərhal təkzib verməsini və üzr istəməsini" tələb edib.

"Sizin məqaləniz düşüncəsiz və böhtan xarakterlidir".

Milli.Az "Azadlıq"a istinadən bildirir ki, bu sözləri vəkil Mark Kasovits "The New York Times"ın icraçı redaktoruna göndərdiyi məktubda yazıb və fikrini belə əsaslandırıb: "Hər şeydən əvvəl məqalənin dərc edildiyi vaxtdan aydın görünür ki, bu, cənab Trampın namizədliyini gözdən salmağa yönəlmiş siyasi motivli cəhddən başqa bir şey deyil".

Trampın özü isə "The Palm Beach Post" qəzetini bənzər məzmunlu yazıya görə məhkəməyə verməklə hədələyib.

Hillari Klintonun seçki komandası da münasibət bildirib

Hillari Klintonun  seçki düşərgəsinin kommunikasiya direktoru Cennifer Palmerin yaydığı bəyanatda da sözügedən iki qadının iddiasına toxunulub: "Təəssüf ki, bu üzücü əhvalat Donald Trampın qadınlara münasibəti barədə bildiklərimizə uyğun gəlir. Bu məqalələr onun debat səhnəsində yalan danışdığını, lent yazısında haqqında danışdığı iyrənc davranışınsa boş sözlərdən ibarət olmadığını göstərir".

Ötən həftə - Trampın xoşagəlməz söhbətlərinin videoyazıları mediaya sızandan bəri, o, Respublikaçılar Partiyası üzvlərinin dəstəyini itirib və eyni zamanda qadınlarla keçmişdəki davranışlarına görə çoxsaylı tənqidlərlə üzləşib.

Namizədlərin 2-ci debatında Tramp əslində, heç vaxt hər hansı qadına qarşı nalayiq hərəkətə yol vermədiyini iddia edib.

Melaniya ərini müdafiə edir

Donald Trampın arvadı Melaniya Tramp ərinin müdafiəsinə qalxıb. M.Tramp People jurnalına məktub yollayaraq təkzib tələb edib, Nataşa Stroynoffun iddialarının yalan olduğunu söyləyib.

"People-dakı məqalə ağ yalandır. Jurnal 24 saat ərzində təkzib verməsə, məhkəməyə müraciət edəcək, bizə dəymiş mənəvi ziyanın ödənilməsini istəyəcəyik", - Melaniya Tramp deyib.

Lakin People jurnalının rəhbərliyi jurnalisti Natalya Stroynoffun tərəfini tutub və təkzib verməyəcəyini bəyan edib.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Son rəy sorğularının nəticələrinə görə, Donald Tramp rəqibi, ABŞ-ın sabiq dövlət katibi, Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintondan 8 faiz geri qalır.

Milli.Az






















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycanın ən cazibədar nənəsi

23 Aprel 2017 09:59

Gecə klubunda SİLAHLI İNSİDENT - Yaralananlar var - FOTOLAR

23 Aprel 2017 09:53

Dördüncülük uğrunda amansız savaş

23 Aprel 2017 09:52

Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutuldu

23 Aprel 2017 09:48

Stavropolda terror törətmək istəyən iki silahlı məhv edildi

23 Aprel 2017 09:47

Meksikada toqquşmalar başladı - Narkokartel liderinin ölümündən sonra

23 Aprel 2017 09:42

Bu filmi izləyənlər ölürlər, aktyorlar bir-bir həyatını itirdi

23 Aprel 2017 09:41

İtaliya çempionatının oyununda 9 qol - VİDEO

23 Aprel 2017 09:38

Gümrüdə rusiyalı hərbçini öldürən şəxs ordudan tərxis olunub

23 Aprel 2017 09:32

Narkomafiya başçısının qətli iğtişaşlara səbəb oldu

23 Aprel 2017 09:28

İŞİD "paytaxtı"nı Rəqqadan Deyr-ez-Zora köçürüb

23 Aprel 2017 09:27

Londonda güclü YANĞIN: hadisə yerinə yüz yanğınsöndürən getdi

23 Aprel 2017 09:22

Fransa konsulluğunda səsvermə dayandırıldı - Terror həyəcanı

23 Aprel 2017 09:17

Şimali Koreya daha bir ölkəni hədələdi

23 Aprel 2017 09:15

Səudiyyə Ərəbistanının kralı oğlunu ABŞ-a səfir təyin etdi

23 Aprel 2017 09:13

ABŞ-da 9 nəfəri güllələyən şəxs öldürüləcəyi yerə köçürüldü

23 Aprel 2017 09:12

“Mercedes” yandı

23 Aprel 2017 08:56

Fransada prezident seçkiləri başladı

23 Aprel 2017 08:43

"Əxlaqım sizə dərs keçməyə bəs edər" - Könül əsəbiləşdi

23 Aprel 2017 08:42

Mətanətin iki dəfə nişanı qayıdan qızı 3-cü dəfə görün kimə ərə gedir - FOTO

23 Aprel 2017 08:23

La Liqada yenilik

23 Aprel 2017 08:22

Bu şəkillərə baxandan sonra ustaya ağız açmayacaqsız - FOTO

23 Aprel 2017 08:03

Dünyanın ən gözəl kəndləri

23 Aprel 2017 08:02

"Mən hamilə deyiləm" - FOTO

23 Aprel 2017 07:57

Pxenyan Avstraliyanı da nüvə zərbəsi ilə hədələdi

23 Aprel 2017 07:49

Meksika-ABŞ sərhədində hava tikilərsə - FOTO

23 Aprel 2017 07:32

Narkomafiya başçısının qətli kütləvi iğtişaşlara səbəb oldu

23 Aprel 2017 07:09

Qızardılmış kartofu isitməyin DÜZGÜN QAYDASI

23 Aprel 2017 07:05

Paytaxtda yanğın olub

23 Aprel 2017 06:58

İŞİD “paytaxtı”nı köçürdü

23 Aprel 2017 06:49

İspaniyada mədəniyyət mərkəzi - FOTO

23 Aprel 2017 06:32

Pişikotu dərdlərin dərmanıdır

23 Aprel 2017 06:25

Psixi problemi olan rus əsgərin qatili orduya çağrılıbmış

23 Aprel 2017 06:09

Fransanın Nyu-Yorkdakı baş konsulluğu təxliyə olunub

23 Aprel 2017 06:03

Populyar rəssamın kövrək əsərləri - FOTO

23 Aprel 2017 05:32

Kral Salman oğlunu ABŞ-a səfir təyin etdi

23 Aprel 2017 05:19

London anbarlarından birində güclü yanğın

23 Aprel 2017 05:03

Amerikalı Rusiyada tacikin gözünə bıçaq sancdı

23 Aprel 2017 04:59

Məşhur “ikialanlar” haqqında maraqlı faktlar

23 Aprel 2017 04:48

Ortasında soba olan ev - FOTO

23 Aprel 2017 04:32

Kölndə etirazçılarla qarşıdurmada polis əməkdaşları xəsarət alıb

23 Aprel 2017 04:09

Rumıniyada qar uçqunu - 2 xizəkçi öldü

23 Aprel 2017 04:08

Məktəbin damından velosiped yolu keçdi - FOTO

23 Aprel 2017 03:32

Gürcüstanın konstitusiyasına dəyişikliklər layihəsi

23 Aprel 2017 03:14

“Əl Qaidə”nin bir neçə lideri tutuldu

23 Aprel 2017 03:13

Günayın keçmiş əri ata oldu

23 Aprel 2017 03:09

Stavropolda iki terrorçu məhv edildi

23 Aprel 2017 03:04

Serial ulduzun FOTOları

23 Aprel 2017 02:32

Müxtəlif ölkələrin valehedici gəlinlik dəbi - FOTOLAR

23 Aprel 2017 02:18

Türkiyədə qətliamı xatırladan qəza

23 Aprel 2017 02:01