BMT-nin yeni baş katibi: "Beynəlxalq ictimaiyyət münaqişələrin həlli üzrə rıçaqların böyük hissəsini itirib"

BMT-nin yeni baş katibi: "Beynəlxalq ictimaiyyət münaqişələrin həlli üzrə rıçaqların böyük hissəsini itirib"
10:22 14 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Dünya çox dəyişib. Cəzasızlıq və gözlənilməzlik hissi var".
"Report" xəbər verir ki, bunu BMT-nin yeni təyin olunmuş baş katibi Antonio Qutyerriş "Radio BMT"yə müsahibəsində deyib.
"Beynəlxalq ictimaiyyət münaqişələrin qarşısının alınması və həlli üzrə rıçaqların böyük hissəsini itirib. Buna görə də mənim prioritetim sülhün möhkəmləndirilməsi üçün diplomatik fəaliyyətinin genişləndirilməsi olacaq", - deyə o bildirib.
"Çox şeyin BMT-yə üzv dövlətlərdən asılı olduğunu, baş katibin imkanlarının məhdud olduğunu başa düşürəm. Bununla belə, mənə elə gəlir ki, sadəcə, vasitəçi olmayıb sülh prosesini fəal təşviq etməklə məsələyə daha çox dövlətin diqqətini çəkmək olar", - baş katib əlavə edib.
Onun sözlərinə görə, münaqişələrin mövcudluğu ən çox qaçqınların və köçkünlərin əzab çəkməsinə səbəb olur.
Xatırladaq ki, dünən BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında səsvermə keçirmədən təşkilatın keçmiş Qaçqınlarla iş üzrə Ali Komissarı Antonio Qutyerrişi 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək BMT baş katibi seçib. O, bu postda Pan Gi Munu əvəzləyəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/bmt-nin-yeni-bas-katibi-beynelxalq-ictimaiyyet-munaqiselerin-helli-uzre-ricaqlarin-boyuk-hissesini

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR