Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Reuters: Özbəkistanda üçhakimiyyətlilik qurula bilər

Reuters: Özbəkistanda üçhakimiyyətlilik qurula bilər

Date: 14 October 2016 10:32

Özbəkistanın növbəti prezidenti olacaq şəxs hakimiyyəti daha iki vəzifəli rəsmi ilə paylaşmalı olacaq.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, rəqabət aparan klanlar hələlik öz aralarında hakimiyyət bölgüsü məsələsində tam razılığa gələ bilməyiblər.

Şavkat Mirziyoyev ölkənin mərhum lideri İslam Karimovun dəfnindən bəri prezidentin səlahiyyətlərini icra edir.

Reuters bildirir ki, 2003-cü ildən ölkənin baş naziri olmuş 59 yaşlı Mirziyoyev bu ilin dekabrında keçiriləcək seçkilərdə qələbəyə ən real namizəddir. Amma indi bəlli olur ki, ölkənin rəqabət aparan qüdrətli klanları hələlik tam razılaşmaya gələ bilməyiblər.

İki diplomatik mənbə və adının çəkilməsini istəməyən bir biznesmen Reuters-ə deyiblər ki, klanların razılaşmasına görə, Mirziyoyev rəsmən prezident olacaq, lakin əslində müstəqil qərarlar qəbul etməyəcək.

Əvəzində qeyri-rəsmi yaradılacaq hakimiyyət üçlüyünə təhlükəsizlik xidmətlərinin 72 yaşlı başçısı Rustam İnoyatov və baş nazirin müavini 58 yaşlı Rustam Azimov da daxil olacaqlar.

Reuters bildirir ki, Mirziyoyev, Azimov and İnoyatov onun göndərdiyi e-maillərə cavab verməyiblər.

Ölkənin Xarici İşlər Nazirliyi də bu xəbərə şərh verməkdən imtina edib.

Diplomatik mənbələr bunu da bildiriblər ki, Rusiyanın metallurgiya maqnatı, özbək əsilli Alişer Usmanov da kollektiv rəhbərlikdə təsirə malik olacaq.

Reuters bildirir ki, hava nəqliyyatına aid informasiyadan Usmanovun təyyarəsinin sentyabrın 28-də Daşkənd hava limanından qalxdığı məlumdur. Təhlilçilər ehtimal edirlər ki, hakimiyyət bölüşdürülən məxfi müşavirədə o da ola bilərdi.

Usmanovun ofisi bu şayiələri rədd edib.

Təhlilçilərin fikrincə, Özbəkistanda hakimiyyət səlahiyyətlərinin bu sayaq bölüşdürülməsində risklər vardır, çünki sözü gedən klanlar mərhum Karimovun zamanında həmişə çəkişiblər.

Milli.Az


Tags:  Reuters Özbəkistanda üçhakimiyyətlilik qurula bilər

RƏYLƏR


Top news