Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin rəsmi qarşılanma mərasimi olub

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin rəsmi qarşılanma mərasimi olub

Date: 14 October 2016 10:37

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Pakistanın baş nazirinə raport verib.
Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Pakistanın baş naziri Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri aş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Pakistanın baş nazirinin qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdiriblər.

Tags:  Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin rəsmi qarşılanma mərasimi olub

RƏYLƏR


Top news