Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəşər Əsəd: “... tək ümid Rusiyadır”

Bəşər Əsəd: “... tək ümid Rusiyadır”

Date: 14 October 2016 10:38

“Səudiyyə Ərəbistanı İrandan uzaqlaşmağımızın əvəzində Suriyaya dəstək vəd etdi”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

“Səudiyyə Ərəbistanı Suriyadakı böhrandan şantaj olaraq istifadə etmək istədi. Bizdən istədilər ki, İrandan uzaqlaşaq və onlarla bütün əlaqələrimizi kəsdiyimizi bəyan edək. Əvəzində isə bizə kömək edəcəklərini söylədilər”, - Suriya lideri qeyd edib.

Dövlət başçısı Rusiyanın Suriyadakı tarazlığın dəyişdiyini bildirib: “ABŞ və müttəfiqləri burada aktiv olsalar da, hərəkətləri yanıldıcı idi, heç bir şey etmədilər. “İslam Dövləti” və “Ən-Nüsra” Cəbhəsi irəliləməyə davam edirdi. Ancaq Rusiyanın daxil olması ilə nəzarəti altında olan ərazilər azaldı”.

Suriyadakı kürdlərin böyük bir hissəsinin müstəqillik istəmədiyini deyən Bəşər Əsəd bildirib ki, bütün kürdləri, və eyni zamanda erməniləri, çeçenləri, türkləri və ərəbləri qiymətləndirmədən kürdlərin bir hissəsi ilə danışa bilməzlər.

O, Suriyanın şimalındakı PYD (PKK terror təşkilatının Suriya qanadı) ilə dialoqu davam etdirdiyini, onlara silah göndərdiklərini deyib.

Bəşər Əsədin sözlərinə görə, Türkiyənin Suriya siyasətinin dəyişdirilməsi üçün tək ümidi Rusiyadır. O, Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatını “işğal” adlandırıb.

Ömər Dağlı


Tags:  Bəşər Əsəd ümid Rusiyadır

RƏYLƏR


Top news