Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Visla" festivalının təşkilatçısı: "Festivalın gələn il də Bakıda keçiriləcəyinə ümid edirik"

"Visla" festivalının təşkilatçısı: "Festivalın gələn il də Bakıda keçiriləcəyinə ümid edirik"

Date: 14 October 2016 10:47

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Visla" Polşa kinosu festivalı ilk dəfə Azərbaycanda təşkil edilib və biz möcüzə gözləyirik".
Bunu "Report"a açıqlamasında "Visla" festivalının təşkilatçısı Petr Skulski deyib.
Onun sözlərinə görə, festivalda müasir Polşada filmləri, eləcə də polşalı rejissor Maxulskinin ötən əsrin 80-ci illərinə aid bir filmi göstəriləcək: "Kifayət qədər gəncin gələcəyini gözləyirik. Təbii, biz blokbasterlər çəkmirik, bu kino ziyalılar üçün deyil. Filmdən sonra insanda müəyyən təəssüratlar oyanmalıdır. Əsas odur ki, film sonrakı üç gün də unudulmasın. Ümumiyyətlə, Polşa kinosu hələ Sovet dövründə ən yaxşılardan biri olub".
"Visla" festivalının daha əvvəl Rusiya, Özbəkistan və Tacikistanda təşkil edildiyini bildirən P.Skulski festivalın gələn il də Bakıda keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Bundan əlavə, o gələcək əməkdaşlıq üçün Azərbaycanla əlaqələrin yaradılmasının vacibliyini qeyd edib: "Hamı ilə əməkdaşlığa açığıq. Məsələn, biz rusiya prodüserlərlə çalışmışıq və yaxşı film alınıb".
Xatırladaq ki, Bakıda təşkil edilən "Visla" Polşa film festival oktyabrın 13-də başlayıb və oktyabrın 19-dək davam edəcək. Tədbir çərçivəsində 6 Polşa filmi nümayiş olunacaq. Filmlərə giriş pulsuzdur.

Tags:  Visla festivalının təşkilatçısı Festivalın gələn il Bakıda keçiriləcəyinə ümid edirik

RƏYLƏR


Top news