Azərbaycan Böyük İpək Yolunun daha bir hissəsində yenidənqurma işlərinə başlayır

Azərbaycan Böyük İpək Yolunun daha bir hissəsində yenidənqurma işlərinə başlayır
11:02 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Yaxın gələcəkdə Bakıdan Azərbaycan-Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi hissəsinin yenidən qurulmasına başlanılması planlaşdırılır. "Report" xəbər verir ki, bunu "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov "Respublika" qəzetinə müsahibəsində bildirib. 
Bununla da, layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin I texniki dərəcəyə kimi təkmilləşdirilməsi işləri yekunlaşdırılıb.
Qeyd edək ki, hazırda "Azəravtoyol" ASC-nin balansında ümumi istifadədə olan 17 542 km uzunluğunda avtomobil yolları var. Bunun 4 385 km-i respublika, 13 157 km-i isə yerli əhəmiyyətli yollardır. Bu yollardan 2 670 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balasında 1 299 ədəd körpü var, 160 körpü isə işğal olunmuş yerlərdədir. 




Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-boyuk-i-pek-yolunun-daha-bir-hissesinde-yenidenqurma-islerine-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR