Obama Putinin keçmiş vəzifəsini səhv saldı

Obama Putinin keçmiş vəzifəsini səhv saldı
11:03 14 Oktyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Trampı tənqid edərkən Rusiya prezidenti Vladimir Putinin əvvəlki vəzifəsinin adına səhv deyib.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evin press-relizinə istinadən “RİA-Novosti” agentliyi bildirib.

Barak Obama Ohayo ştatında Trampı dəstəkləyən respublikaçıları tənqid edib.

“Siz sərt xarici siyasətin tərəfdarısınız və Rusiya əleyhinə çıxışlar edirsiniz. Amma daha sonra Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri – Rusiya prezidenti Vladimir Putini dəstəkləyən Donald Trampın namizədliyini irəli sürürsünüz”, - Obama bildirib.

Qeyd edək ki, Rusiya prezidenti 1998-1999-cu illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin varisi olan Federal Təhlükəsizlik Xidmətinə başçılıq edib. Putin sovet dövründə əvvəlcə Leninqradda əks-kəşfiyyatda, daha sonra isə 1977-ci ildən 1991-ci ilə qədər Almaniya Demokratik Respublikasının ərazisində xarici kəşfiyyatda işləyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR