Putin ən güclü adamını İrəvana göndərdi

Putin ən güclü adamını İrəvana göndərdi
11:05 14 Oktyabr 2016
110 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana gəlib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Yevgeni Anoşin söyləyib.
 
Onun sözlərinə görə, Patruşev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirləri şurasının iclasında iştirak edəcək.
 
Patruşevlə bərabər, bu gün Ermənistana Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da gələcəklər.
 
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR