Türkiyədə 2 partlayış: yaralı əsgərlər var

Türkiyədə 2 partlayış: yaralı əsgərlər var
11:05 14 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Türkiyənin 2 fərqli ərazisində mina partlayıb.

Milli.Az "Hürriyet"ə istinadla xəbər verir ki, Hakkarinin Şemdinli mahalında PKK terrorçuları tərəfindən yerə döşənilmiş minanın hərbi avtomobilin keçidi zamanı partladılması nəticəsində, ilkin məlumatlara görə, 4 əsgər yaralanıb.

Milli.Az "Star" qəzetinə istinadla bildirir ki, Vanın Başkale mahalında da mina partlayıb. Nəticədə 2-sinin vəziyyəti ağır olmaqla, 8 əsgər yaralanıb.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR