Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nadir Ezonu tənqid etdi, sonra da sildi

Nadir Ezonu tənqid etdi, sonra da sildi

Date: 14 October 2016 11:16

Müğənni Nadir Qafarzadə Türkiyədə yaşayan azərbaycanlı ifaçı Ezo ilə pağlı paylaşım edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Nəsib olsa” verilişinə qonaq olan Ezonun Azərbaycan dilində yox, türkcə danışmasını qınayıb:

“Təsadüfən kanalların birində bu qızın qonaq olduğunu gördüm. Düzü tanımasam da, aparıcının dilindən adının Ezo olduğunu eşitdim. Əvvəlcə elə bildim Türkiyə sənətçisidir, sonra öyrəndim ki, azərbaycanlıdır, cənub bölgəsindəndir. Amma bir şeyi anlamadım, bu qız doğma dilində danışmadı. Yəqin öz dilindən utanır? Başqa cür necə ola bilər ki? Yazıq dilimiz, artılq səndən utanırıq da. Allah sənin köməyin olsun, yavaş-yavaş səni itirirk. Sualıma cavab tapsam sevinərəm”.

N.qafarzadə bir az keçəndən sonra paylaşımını silib.


Tags:  Nadir Ezonu tənqid etdi sonra sildi

RƏYLƏR


Top news