"Kurtlar Vadisi"nə daha bir zərbə

"Kurtlar Vadisi"nə daha bir zərbə
11:27 14 Oktyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul Baş Prokurorluğu məşhur "Kurtlar Vadisi" teleserialını çəkən "Pana Film" haqqında təhqiqata başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, buna səbəb 15 iyul hərbi çevriliş cəhdindən əvvəl, mayın 24-də "Pana Film" adından "Kurtlar Vadisi Darbe" markasının alınması üçün Türk Patent İnstitutuna müraciət edilməsi olub.
 
Türk Patent İnstitutunun müraciəti araşdırdığı dövrdə Türkiyədə hərbi çevriliş cəhdi baş verib. Patent İnstitutu bundan sonra "Pana Film"in müraciətini rədd edərək prokurorluğa müraciət edib. Türk Patent İnstitutunun sədri Həbib Asan tərəfindən prokurorluğa göndərilən müraciətdə qeyd edilib ki, iyulun 15-də Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən hərbi çevriliş cəhdi olub.  H. Asan "Kurtlar Vadisi Darbe" markası ilə bağlı müraciətin hərbi çevriliş cəhdindən əvvələ təsadüf etdiyi üçün məsələdə cinayət şübhəsinin olduğunu bildirməyi zəruri sayıb.
 
Türk Patent İnstitutunun müraciəti ilə əlaqədar İstanbul Baş Prokurorluğunun təhqiqata başladığı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR