Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın baş konsulu Los Ancelesin universitetində məruzə ilə çıxış edib

Azərbaycanın baş konsulu Los Ancelesin universitetində məruzə ilə çıxış edib

Date: 14 October 2016 11:27

Bakı. 14 oktyabr. REPORT.AZ/ Los Ancelesin ən qədim təhsil müəssisələrindən olan Biola Universitetində Azərbaycanın tolerantlıq və etiqadlararası harmoniya ənənələrinə dair tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulluqdan "Report"a verilən məlumata görə, Biola Universitetinin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib.
N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib.
Baş konsul həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib.
N.Ağayevin məruzəsindən sonra universitetin Mədəniyyətlərarası Tədqiqatlar fakultəsinin dekanı Bulus Qaladima və həmin fakultənin professoru Riçard L.Starçer çıxış ediblər. Natiqlər hazırda dünyanın bir çox ölkələrində qanlı toqquşmaların, xüsusilə də dini zəmində şiddətli qarşıdurmaların yaşandığı bir dövrdə Azərbaycan kimi qədim tolerantlıq ənənələri və müxtəlif etiqadlar arasında güclü birgəyaşayış təcrübəsi olan bir modelin öyrənilməsinə böyük zərurətin olduğunu diqqətə çatdırıblar.

Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb.
Tədbirdə universitetin tələbəsi, həvəskar musiqiçi Kristina Konradın klarnetdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.









Tags:  Azərbaycanın baş konsulu Los Ancelesin universitetində məruzə çıxış edib

RƏYLƏR


Top news