Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“III Dünya Müharibəsinin qoxusu gəlir” –Əsəddən ŞOK PROQNOZ

“III Dünya Müharibəsinin qoxusu gəlir” –Əsəddən ŞOK PROQNOZ

Date: 14 October 2016 11:33

“Suriyada hazırda “soyuq müharibə”yə oxşar vəziyyəti müşahidə edirik. Düşünürəm ki, Qərb və xüsusilə ABŞ SSRİ-nin dağılmasından sonra “soyuq müharibə”ni dayandırmadır”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

“Biz münaqişənin genişləndiyini görürük. Əsas məqsəd dünyanın üstündə Amerikanın hegemonluğunu saxlamaq, heç kəsə siyasi və ya beynəlxalq səhnədə partnyor olmağa icazə verməməkdir. Bu, bizim III Dünya Müharibəsi kimi təsvir etdiyimiz hadisənin qoxusudur. Amma bu, hələ birbaşa hərbi toqquşma deyil”, - Suriya prezidenti III Dünya Müharibəsi ilə bağlı səslənən fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Suriyanın dağıdılması həm İran, həm də Rusiyaya mənfi təsir edəcək. Bəşər Əsəd Suriyanın hədəf seçilməsinin əsas səbəblərindən biri kimi ölkəsinin müstəqil siyasət yürütməsini göstərib: “Suriya müstəqil ölkədir və Qərb heç vaxt hansısa ölkənin müstəqilliyi ilə barışmayacaq. Onların Rusiya ilə problemi nədir? Çünki Rusiya “bəli” və “yox” demək hüququndan istifadə edir. Amma Qərb istəyir ki, siz ona daim “bəli” deyəsiniz. Və Qərblə Suriya arasındakı problem də budur”.

Ömər Dağlı


Tags:  III Dünya Müharibəsinin qoxusu gəlir Əsəddən ŞOK PROQNOZ

RƏYLƏR


Top news