Liderlərin paytaxt dueli: "Qarabağ" ikinci pilləyə qayıda biləcəkmi?

Liderlərin paytaxt dueli: "Qarabağ" ikinci pilləyə qayıda biləcəkmi?
11:42 14 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra bərpa olunan çempionatın VIII turunun qarşılaşmaları Bakıda baş tutacaq və iki gün ərzində keçiriləcək.

İlk oyun günündə liderlər qrupunda yer alanlar münasibətlərini aydınlaşdıracaqlar. 12 günlük fasilədən sonra baş tutacaq tur ilk iki pillənin sahibinin dueli ilə başlayacaq. Belə ki, çempionatın məğlubedilməzləri "İnter"lə "Qəbələ" paytaxtda üz-üzə gələcəklər. Mövsümdə qol buraxmayan əyalət klubu 5 oyunluq qələbə seriyasını ən yaxın izləyicisi ilə matçda da davam etdirməyə iddialıdır. 5 turdur meydanı qolsuz tərk etməyən "bankirlər" isə Dmitri Bezotosnının quru seriyasını qırmaq niyyətindədir. Zaur Svanadzenin yetirmələri liderlə xal fərqini azaltmaq üçün qalib gəlməlidirlər. "İnter" ən azı 1 xal qazanmalıdı ki, mövqeyini itirmək təhlükəsi qalmasın.
 
Roman Qriqorçukun komandasının qələbə seriyasını davam etdirməsi "Qarabağ" üçün 2-ci pilləni ələ keçirmək imkanı yaradacaq. Son iki matçında qalib gələ bilməməklə liderdən uzaq düşən Ağdam klubu uğursuz seriyanı "Sumqayıt"la ev qarşılaşmasında qırmaq əzmindədir. "İnter"in uduzacağı halda, qələbəylə 2-ci pilləni ələ keçirə biləcək Qurban Qurbanovun yetirmələri mövsümdə ilk dəfə "Azərsun Arena"ya çıxacaq. İki oyundur uduzmayan "Sumqayıt" isə 4-cü pilləni qorumaq, ağdamlılara yaxınlaşmaq üçün I dövrədəki qələbənin revanşını almalıdır. Əks halda isə ertəsi gün meydana çıxacaq komandalar Samir Abbasovun yetirmələrini mövqeyindən sıxışdıra bilərlər. Çünki hazırda 4-cü pillənin 4 iddiaçısı var ki, turdan sonra onların hər biri bu yerə yüksəlmək imkanına malikdir.
 
Turun ikinci günündə turnir cədvəlinin ikinci yarısında qərarlaşan 4 komanda meydana çıxacaq. Öncə AZAL-la "Kəpəz" qarşılaşacaq. 4-cü pilləyə iddialı olan qərblilər 3 matçlıq qələbəsizliyə səfərdə son qoymaq üçün Bakıya iddialı gəlib. Şahin Diniyevin yetirmələri "Sumqayıt"ın büdrəyəcəyi halda, irəliləmək imkanına da malikdir. Sonuncu pillənin sahibi olan "təyyarəçilər" isə ilk qələbənin intizarındadır. 11 matçdır qalib gəlməyən Tərlan Əhmədovun komandası digər komandalarla xal fərqini azaltmaq üçün mütləq qələbə qazanmalıdır.
 
Tura Zirədə yekun vurulacaq. Mövsümün iki ən böyük uğursuzu paytaxt derbisində qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı 4 matçlıq qələbəsizliyi heç vaxt uduzmadığı "Neftçi" ilə görüşdə son qoya bilər. Adil Şükürovun yetirmələri aşağı pillələrdən qurtulmaq üçün xal hesabını artırmalıdır. Tarixinin ən uğursuz dönəmini yaşayan, antirekordları sıralamaqdan "doymayan" "ağ-qaralar" "Zirə" sindromunu qırmaq istəyindədirlər. Hadisələrin uğurlu axarında 4-cü pilləyədək irəliləmək imkanı olan Elxan Abdullayevin yetirmələri sonuncu 2-ci yerdən uzaqlaşmaq üçün mübarizə aparacaqlar. Komandadan üz döndərən və inamını itirən azarkeşlərini geri qaytarmaq üçün ölkənin ən titullu komandası qalib gəlməyə borcludu. Növbəti iki turda "Qarabağ" və "Qəbələ" ilə görüşəcək "ağ-qaralar" çətin matçlar öncəsi durumunu yaxşılaşdırmasa, ilk dövrədəki vəziyyəti ilə üzləşə bilər.
 
Qeyd edək ki, VIII turda üz-üzə gələn komandaların ilk görüşləri məhsuldarlığın qeyri-adi dərəcədə aşağı olması ilə əlamətdar olmuşdu. II turda baş tutan həmin 4 qarşılaşmada cəmi 3 top qeydə alınmışdı.
 
Azərbaycan Premyer Liqası
VIII tur
15 oktyabr (şənbə)
 
16:00. "İnter" - "Qəbələ"

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf  Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"İnter Arena"
I dövrədəki oyun - 0:0
 
18:30. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
"Azərsun Arena"
I dövrədəki oyun - 2:0
 
16 oktyabr (bazar)
 
16:00. AZAL  - "Kəpəz"

Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif  Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
"AZAL Arena"
I dövrədəki oyun - 0:0
 
18:30. "Zirə" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadion
I dövrədəki oyun - 1:0

1.

Qəbələ

7

6

1

0

19-0

19

2.

İnter

7

4

3

0

12-7

15

3.

Qarabağ

7

4

1

2

15-5

13

4.

Sumqayıt

7

2

2

3

6-9

8

5.

Kəpəz

7

1

4

2

6-8

7

6.

Zirə

7

2

1

4

5-9

7

7.

Neftçi

7

2

0

5

6-16

6

8.

AZAL

7

0

2

5

3-18

2

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/479229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR