Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb

Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb

Date: 14 October 2016 11:42

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda avtobusda sərnişin bədən xəsarətləri alıb.
"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında 92 nömrəli marşut xətti üzərə hərəkət edən avtobusda baş verib.
Belə ki, Biləcəri qəsəbəsində hərəkətdə olan avtobusun sürücüsü qəfildən əyləcdən istifadə edib. Bu zaman ayaq üstə dayanan Rəşid adlı ahıl yaşlı kişi müvazinətini itirərək avtobusdakı oturacaqlara çırpılıb.
Baş və bədən nahiyəsindən xəsarət alan sərnişin yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Tags:  Bakıda avtobusda sərnişin yıxılaraq xəsarət alıb

RƏYLƏR


Top news