AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr təşkil etmək niyyətindədir

AŞPA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələr təşkil etmək niyyətindədir
11:47 14 Oktyabr 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ AŞPA sədri Pedro Aqramunt Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında əlaqələrin təşkili təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.
"Report" "Azatutyun" radiosuna istinadən xəbər verir ki, P.Aqramunt bu barədə Ermənistan Milli Məclisinin (parlamentini) vitse-spikeri və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan ilə görüşündə bildirib.
P.Aqramunt bu məsələdə AŞPA-nın daha konstruktiv şəkildə iş aparacağını da qeyd edib.
Bununla yanaşı, AŞPA sədri Ermənistana səfər etmək arzusunu da dilə gətirib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/aspa-sedri-azerbaycan-ve-ermenistan-numayende-heyetleri-arasinda-elaqeler-teskil-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR