Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hazal Kayanın iddialı məxmər donu - FOTOLAR

Hazal Kayanın iddialı məxmər donu - FOTOLAR

"Efir üçün darıxıram" - Hazal Kaya (11 Fevral 2017 23:37)

Tarix: 14 Oktyabr 2016 11:48

Uzun müddətdir ki, efirlərdə görünməyən Hazal Kaya türkiyəli modelyerlərin dəfilələrində iştirak edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Mercedes-Benz Fashion Week İstanbul” dəb nümayişlərinin ikinci günündə dəfiləni izləyənlər arasında Hazal Kaya da olub. Şəkər xəstəliyindən əziyyət çəkən Hazal Kaya tez-tez kökəlməsi ilə gündəmə gəlsə də, bu dəfə arıqlaması nəzərdən qaçmayıb. Müxbirlərin suallarını cavablandıran gözəl aktrisa dəbdən çox anlamadığını etiraf edib. O, "Alış-verişə tək getmirəm, mütləq yanımda kimsə olmalıdır” - söyləyib.

Kulinariya dərslərinə gedən aktrisa yeni serial təklifləri barədə düşündüyünü vurğulayıb: "Dərslərim bitdi, sevincimin hədd-hüdudu yoxdur. İstirahət edirəm. Yeni mövsümdə gələn təklif barədə fikirləşirəm. İnşallah yaxşı layihələr olacaq. Darıxdım vallah! Bu qədər darıxacağımı düşünməmişdim".

Aytən







Teqlər:  Hazal Kayanın iddialı məxmər donu FOTOLAR



RƏYLƏR


Top xəbərlər