Aygün illərlə küsülü olduğu Brilliant və Zülfiyyə haqda: "Mənə şər atır"

Aygün illərlə küsülü olduğu Brilliant və Zülfiyyə haqda: "Mənə şər atır"
11:57 14 Oktyabr 2016
111 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova "5-ci element" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni bir vaxtlar yaxın rəfiqəsi olan, son illər danışmadığı həmkarı Brilliant Dadaşovadan bəhs edib. 

O bildirib ki, B.Dadaşova ona şər atıb, yalan danışıb:

"Brilliant Dadaşova gəldi, efirdə dedi ki, guya, konserti olub, yandakı məkanda isə mənim çıxışım imiş. Mən zalı doldura bilməmişəm, jurnalistləri götürüb, Brilliantın ağzıdolu zalına gəlmişəm ki, baxın mənim tamaşaçılarımdır. Hansı müğənni bunu özünə sığışdıra bilər? O günə qalmışam ki, zalı doldura bilməyim? Mənim həmin gün konsertim yox idi. İstanbuldan qonaqlarım var idi. Onları götürüb Brilliant Dadaşovanın konsertinə gəldim ki, ölkəmin sənəti olan müğənnisini tanısınlar.

Özü də Brilliant başqa müğənniləri konsertə dəvət etmişdi, məni isə yox. Pul verib, bilet alıb, konsertinə getdim. Gələn kimi bütün media töküldü üstümə. Bu da Brilliantı qıcıqlandırdı, özündən fantaziya qurmağa başladı, şər atdı. Sonra dedi ki, biz heç vaxt dost olmamışıq. Yəqin, onu qıcıqlandıran nəsə var ki, belə edir. Səndən soruşan var idi ki, dostsunuz? Onsuz biz dostluğumuzu nümayiş etdirmişdik. Yalan danışıb, kimisə şərləmək lazım deyildi. Həmin gün Brillianta ikiqat xeyir vermişdim".

A.Kazımova "Zülfiyyə Xanbabayeva ilə də aranızda soyuqluq var. Deyirlər, buna Brilliant Dadaşova səbəb olub" sözlərinə belə cavab verib:

"Bu çox məxfi söhbətdir. Aramızda olub və belə də qalacaq. Heç bir anlaşılmazlıq yoxdur. O dedi, mən tərəfdən də o cür qəbul olundu. Uman yerdən küsərlər, dostdan addım gözləyirsən, amma onun yerinə başqa şey gəldi. Səhnədə artistlik edə bilərəm, həyatda bacarmıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/479217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR