Türkiyə Rusiyaya yeni səfirini təyin edib

Türkiyə Rusiyaya yeni səfirini təyin edib
11:57 14 Oktyabr 2016
15 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Hüseyin Lazip Diriöz Türkiyənin Rusiyadakı yeni səfiri təyin olunub.
"Report" xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat verib.
60 yaşlı Hüseyin Lazip Diriöz ən təcrübəli türk diplomatlardan biri sayılır. O, 1978-ci ildən Xarici İşlər Nazirliyində çalışıb: əvvəlcə NATO ilə əməkdaşlıq departamentinə rəhbərlik edib, ardından İctimaiyyətlə Əlaqələr və Media departamentinin başçısı olub.
H.L.Diriöz 2004-2008-ci illərdə Türkiyənin İordaniyadakı, 2013-cü ildən bəri isə Braziliyadakı səfir vəzifəsində çalışıb.
O, 2014-cü ildən Türkiyənin Rusiyadakı səfirliyinə başçılıq edən Ümit Yardımı əvəz edib.
Qeyd edək ki, "Hurriyet" qəzeti daha əvvəl Ü.Yardımın Türkiyə xarici işlər nazirinin müavini vəzifəsinə təyinat ala biləcəyini yazmışdı.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-rusiyaya-yeni-sefirini-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR