Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Canlı yayımda Ərdoğanın devrildiyini elan edən diktorun yeni işi

Canlı yayımda Ərdoğanın devrildiyini elan edən diktorun yeni işi

Date: 14 October 2016 12:03

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı TRT-də “çevriliş bəyanatı”nı oxumağa məcbur edilən diktor Tijen Karaş mühazirə oxuyacaq.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, T.Karaş Sabancı Universitetinin təşkil etdiyi “Fərdi İnkişaf Zirvəsi” konfransında “insanlar qarşısında nitq və natiqlik sənədi”, “ünsiyyət bacarıqları” mövzusunda danışacaq, peşə təcrübələrini bölüşəcək.

“Fərdi İnkişaf Zirvəsi” konfransı üçün hazırlanan afişalarda T.Karaşın çevriliş gecəsi TRT-nin canlı efirindən bəyanatı oxuyarkən çəkilən fotosu yerləşdirilib.

Qeyd edək ki, çevriliş gecəsi T.Karaşın gərginliyə baxmayaraq, bəyanatı peşəkarlıqla oxuması diqqət çəkib. Sonradan onun silah gücü ilə çıxış etdiyi məlum olub.

Asif


Tags:  Canlı yayımda Ərdoğanın devrildiyini elan edən diktorun yeni işi

RƏYLƏR


Top news