Putinin göndərdiyi adam Kərimovun varisini seçir – prezident kim olacaq?

Putinin göndərdiyi adam Kərimovun varisini seçir – prezident kim olacaq?
12:08 14 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev olacaq. Lakin o, bunun üçün iki rəhbərlə razılaşmalıdır.

Publika.az
xəbər verir ki, bu barədə “Röyters” gizli mənbəyə istinadən xəbər verir.

Mənbə deyir ki, bu şəxslər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnyatov və baş nazirin müavini Rüstəm Əzimovdur.

Lakin məlumata görə, Özbəkistan siyasətinə həmçinin özbək əsilli milyarder Əlişir Usmanov da təsir edir.

“Usmanovun şəxsi təyyarəsi son vaxtlar Daşkənd aeroportunda tez-tez görünür”, - deyə mənbə bildirib.

Usmanova yaxın mənbə isə agentliyə bildirib ki, milyarder Özbəkistanı idarə edən dairələrə kifayət qədər yaxındır.

Hazırda prezident olacaq əsas şəxs Şövkət Mirziyoyevdir. Məlumatlara görə, Kərimov xəstələnəndən sonra özbək klanları sentyabrın 28-də toplaşaraq Mirziyoyevin ictimai lider olması haqda razılığa gəliblər. Lakin o, qərarları sərbəst şəkildə qəbul edə bilməyəcək.

“Röyters” dəqiqləşdirib ki, Usmanovun “Filightradar 24” təyyarəsi məhz sentyabrın 28-də Daşkənd aeroportuna enib.

Mirziyoyevlə Usmanov qohumluq əlaqələrinə malikdirlər. 2009-cu ildə milyarderin qardaşı oğlu Mirziyoyevin qardaşı qızı ilə ailə qurub. Məlumatlara görə, bu qohumluq İslam Kərimovda narazılıq yaradıb. 2013-cü ildə Usmanovun qardaşı oğlu avtomobil qəzasında vəfat edib.

Qeyd edək ki, Usmanov Kreml rəhbərliyi ilə çox yaxın əlaqələrə malikdir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR