Yüz il sonranın mini-avtomobilləri nümayiş olundu - FOTO

Yüz il sonranın mini-avtomobilləri nümayiş olundu - FOTO
12:12 14 Oktyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın avtomobil nəhəngi BMW korporasiyası özünün 100 illik yubileyi çərçivəsində növbəti əsrdə istifadə edilməsi ehtimal olunan konsepsiya avtomobillərini tanıdıb.

BMW gələcəyin avtomobilini göstərdi - FOTO

Milli.Az marja-ya istinadən bildirir ki, 1990-cı illərin  əvvəlində İngiltərənin mini markasının sahibi Rover Group-u satın alan BMW kiçik avtomobillərinin gələcəyini "Mini Vision Next 100"də toplayır. Sürücüsünü uzaqdan tanımaq funksiyasına malik yeni nəsil avtomobil xüsusi işıqlandırma ilə "salam" deyir. Avtopilotla da istifadə edilən avtomobil sürücünün vərdişlərinə uyğun idarəetmə sistemini özəlləşdirə, tavan hissəsində yol marşrutunu çəkə bilir.

BMW-nin "The Vision Next 100" adlı konsept avtomobilinin təkərləri maşının gövdəsilə kompakt (bütün) görünür. Mini avtomobilin süni zəkası da  olacaq. Sükan maşını park etdikdən sonra özünü bükəcək.

BMW-nin ən böyük bombası isə kosmos gəmisinə bənzəyən motosikletidir. "Vision Next 100 Motorrad" adlı motosiklet nəhəng təkərləri sayəsində qətiyyən aşmır. Yoldan çıxdıqda xüsusi bir sistem işə düşür. Mühərriki istifadə edən adamın geyindiyi xüsusi libas təhlükə halında sürücüyə titrəyişlər göndərir.

Gələcəyin ən dəbdəbəli avtomobili hələ də Rolls Royce ola bilər. "103EX" adlı modeldə sürücü və yanındakı sərnişin kreslolara deyil, divana əyləşəcək, OLED ekran vasitəsilə avtomobili idarə edə biləcəklər. 
 
Maşının qapıları avtomatik olaraq yandan və tavandan açıla bilir. Əşya yığmaq üçün isə maşının baqajı yox, gizli bölmələri var.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR