“Valyutalar müharibəsi”

“Valyutalar müharibəsi”
12:13 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin son rübündə ən çox bahalaşan valyuta dollar olub. Bu da “valyuta müharibəsi” və dollar ABŞ-ın valyutası, dünyanın sonu kimi şərhlərin gündəmə gəlməsinə səbəb olub.

Publika.az xəbər verir ki, Federal Ehtiyat Sisteminin (FED) sentyabrda faiz artımına getməməsi və bunu dekabr toplantısına saxlaması, eləcə də ABŞ-dan kənarda siyasi-iqtisadi problemlər dolların məzənnəsinin yüksəlməsini şərtləndirir.

Son bir ayda dollar 8 faizlə ən çox ingilis funt sterlinqinə qarşı bahalaşıb. Türk lirasına qarşı bu artım 4, İsveç kronuna qarşı 3,5, Rumıniya ronuna qarşı isə 3 faiz baş verib.

Braziliya realı isə əksinə 4, Rusiya rublu 3 faiz dollara qarşı bahalaşıb.

İlin əvvəlindən bu tərəfə dollara nisbətdə ən çox dəyərdən düşən valyuta Nigeriya valyutası olub. Najra dollara nisbətdə 53 faiz ucuzlaşıb. İngilis funt sterlinqi 21, Yəmən riyalı 16 faiz dəyərdən düşüb.

Dollar indeksi 2015-ci ilin 2 dekabrında 100,5 ilə 13 ilin zirvəsinə yüksəldikdən sonra bu ilin birinci yarısında aşağı düşsə də yenidən yüksəlib. Maydakı 91,9-dan iyulda 98,1-ə qalxıb. İlin sonuna doğru bu artımın davam edəcəyi gözlənilir. 2017-ci ildə FED-in faiz artımı prosesi başa çatacaq.

Nəzərə çatdıraq ki, avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,61 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,81 manata (1,74), 100 Rusiya rubluna – 2,48 manata (2,27) bərabər olub.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/172137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR