Daşqın təhlükəsi – XƏBƏRDƏRLIQ

Daşqın təhlükəsi – XƏBƏRDƏRLIQ
12:23 14 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlərdə müşahidə olunan yağışlı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb. Növbəti günlərdə bəzi çaylarda daşqın ola bilər.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A.Verdiyevin sözlərinə görə, oktyabrın 12-13-də yağan yağışlarla əlaqədar Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə edilib: "Lakin bu gündən yağışlarda fasilə müşahidə olunduğundan, suyun səviyyəsi azalma müşahidə olunub. Digər bölgələrdəki çaylarda mühüm dəyişiklik qeydə alınmayıb. Artım əsasən, transsərhəd çayı olan Kür və Qanıq çaylarında müşahidə edilib. Bu çaylarda suyun səviyyəsi 10-11 sm artım qeydə alınıb. Bu artımın səbəbi Gürcüstan ərazisində yağan yağışlarla əlaqədardır”.

O, növbəti günlərdə müşahidə ediləcək yağışlı hava səbəbindən daşqınların olmasını da istisna etməyib: “Bu gün hava şəraiti nisbətən yağmursuz keçəcək. Növbəti günlərdə gözlənilən yağışlı hava şəraiti nəticəsində çaylarda, xüsusən Lənkəran-Astara ərazisindəki çaylarda artım olacağı istisna edilmir. Oktyabr-noyabr aylarında yağışlar mövsümi hesab olunur. Əsasən Lənkəran və Astarada daha çox yağış müşahidə edilir. Əvvəlki illərdə həmin ərazidəki çaylarda daşqın, sel qeydə alınıb. Yenidən leysan xarakterli yağışlar yağarsa, təkrar qısa müddətli daşqın və sel müşahidə edilə bilər”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/172142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR