Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-dan Osmanlı barədə qalmaqallı paylaşım - FOTO

ABŞ-dan Osmanlı barədə qalmaqallı paylaşım -  FOTO

Date: 14 October 2016 12:28

ABŞ donanması yaranmasının 241-ci ildönümü ilə bağlı “Twitter”də paylaşdığı bir şəkillə qalmaqala imza atıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəkildə Trablus sahillərində türk bayrağı ilə döyüşən əsgərlərin öldürüldüyü göstərilib.

Donanmanın rəsmi “Twitter” hesabında “Amerikanın dənizçiləri cəsurdur” ifadəsi yazılıb.

Sözügedən şəklin mövzusu 1801-1805-ci illərdə Liviyanın Trablus bölgəsində ABŞ-la Osmanlı dövlətinə bağlı Bərbəri dövlətləri (Mərakeş, Əlcəzair, Tunis və Liviya) arasında baş verən I Bərbəri müharibəsidir. ABŞ müharibənin sonunda Aralıq dənizinə giriş üçün ödənilən vergidən azad olmuşdu.

Ömər Dağlı


Tags:  ABŞ-dan Osmanlı barədə qalmaqallı paylaşım FOTO

RƏYLƏR


Top news